Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik

Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Bu günə qədər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.

Daha çox

Velosiped yollarının daha bir əhəmiyyəti BƏLLİ OLDU

“Velosiped yollarının əhəmiyyəti ondan ibarət ola biləcək ki, bizim dünya arenasının reytinqində müəyyən ekonomlu və insanyönümlü şəhər modellərinə uyğun olaraq bir göstəricimiz olsun. Amma reallıqda isə bu tam başqadır. Yəni reallıqda yeni çəkilən velosiped zolaqlarının Azərbaycan Respublikasının, xüsusən paytaxt şəhər olan Bakıda müəyyən çətinliklərin yaranmasına səbəb olur. Çünki velosiped zolaqları əlavə zolaqlar hesabına yox, sırf avtomobil yollarının hesabına yaranmışdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, hər iki istiqamətdə, yaxud da bir istiqamətdə yolların daralmasına səbəb olur: “Bunun da mənfi tendensiyası ondan ibarətdir…

Daha çox

Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik

Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Onların şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun.

Daha çox

Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq

Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlət başçısı əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza…

Daha çox

Naxçıvanda I rübdə toplanılmış işsizlikdən və icbari tibbi sığorta haqlarının məbləği

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,3 milyon manat təşkil edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bunlar, proqnozdan müvafiq olaraq 1,3 % və 13,8 % çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki göstərici cüzi azalıb.

Daha çox

Biz Suriya hökumətini dəstəkləyirik

Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən…

Daha çox

Molla kəbini ilə evləndikdə əmlakdan pay düşür?

““Molla kəbini” kimi əhali arasında yayılmış anlayış hüquqi baxımdan “dini nikah” kimi təsvir olunur və belə nikahla bağlı hüquqi tənzimlənmə Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib. Aysel Əhmədova sözlərinə belə davam edib: “Belə ki, istinad olunan Məcəllənin 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. “Hüquqi əhəmiyyətə malik deyildir” ifadəsi, bir hadisənin və ya əməlin dövlətin qanunları və hüquqi sistemində müəyyən hüquqi nəticələr doğurmadığını bildirir. Yəni, bu hal və…

Daha çox

Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 144 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144 337 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, onlara 225 364 sayda xidmət göstərilib ki, bunun 76,6 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 51,1 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin…

Daha çox

USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır

Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil. USAID nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share

Daha çox