Antalya, Türkiyənin Aralıq dənizinə açılan mənzərəsi ilə seçilən kurort şəhəri olaraq, qızılı qumları, açıq mavi səması və təmiz mavi suları ilə diqqət çəkir. SİA xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən bu şəhərdə il ərzində orta hesabla 300 gün günəşli hava olur. Məhz buna görə Antalya turistlərin ən çox sevdiyi və ziyarət etdiyi istirahət yerlərindən biridir. Antalyanın yalnız dəniz və günəş tətili üçün populyar olmasına baxmayaraq, şəhər eyni zamanda dünyanın ən təmiz çimərliklərinə sahib olması ilə də fərqlənir. Hazırda Antalya 233 mavi bayraq sertifikatlı çimərliklə bu göstərici üzrə dünya lideridir. Bu…
Daha çoxDay: April 9, 2025
Azərbaycanda I rübdə 112 minə yaxın “ASAN İmza” sertifikatı verilib
Bu ilin I rübündə Azərbaycanda 111 838 “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Hesabat dövründə “ASAN İmza”lar 75 488 müraciət üzrə təqdim olunub. “ASAN İmza” elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza…
Daha çoxİlham Əliyev ADA forumunda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. SİA-nın məlumatına görə, “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən dövlət başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxSüni intellektin ekoloji mühitdə olması hansı faydaları verir?
“Qlobal iqlim dəyişikliyi, sənaye tullantıları, torpaq və su ehtiyatlarının çirklənməsi, biomüxtəlifliyin azalması kimi ekoloji problemlər bu gün dünyanın diqqət mərkəzindədir. Bu problemlərin vaxtında aşkarlanması, qiymətləndirilməsi və idarə olunması üçün dəqiq və sürətli monitorinq sistemlərinə ehtiyac duyulur. Bu çərçivədə süni intellekt (Sİ) texnologiyaları ekoloji monitorinq sahəsində çevik və effektiv həllər təqdim edərək yeni bir mərhələ açır”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. Onun sözlərinə görə, süni intellekt alqoritmləri — xüsusilə maşın öyrənməsi, dərin öyrənmə, kompüter görməsi və böyük məlumatların analizi kimi sahələr — ekoloji məlumatların toplanması,…
Daha çoxBP Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığını davam etdirəcək
BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıb. SİA xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Yay Olimpiya Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır. On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb. İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci…
Daha çoxKremldən Türkiyə ilə bağlı AÇIQLAMA
Kremlin sözçüsü Dmitri Peskov aprelin 10-da İstanbulda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağını bildirib. SİA Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri dəyərləndirib. Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda keçiriləcəyi deyilən danışıqlarla bağlı sualı cavablandıran Peskov bildirib: “Tərəfimiz Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacaq. Nazirlik lazım olan məlumatları açıqlayacaq”. Ukrayna prezidenti Vladimir Zelenskinin ukraynalı əsgərlərin təkcə Kursk vilayətində deyil, həm də Belqorod vilayətində olması barədə bəyanatının doğru olub-olmaması ilə bağlı suala Peskov…
Daha çoxSuqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür. Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin…
Daha çoxAzərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yarada bilər
Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi yaradıla bilər. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə heyətinin sədri Fərid Osmanovun İsrailə işgüzar səfəri çərçivəsində “Checkpoint” təşkilatının rəhbərliyi ilə görüşündə müzakirə edilib. Tərəflər həmçinin ölkəmizdə kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanlarını, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini nəzərdən keçirib. Eyni zamanda nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə birgə investisiya layihələrinin reallaşdırılması,…
Daha çoxBu gün Bakıda 7-ci ADA Siyasi Forumu keçiriləcək
Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçiriləcək. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək. Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq: https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share. Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirak edəcək.
Daha çoxTürkiyə və Pakistan dəniz zonasında birgə geoloji kəşfiyyat işlərini planlaşdırır
Türkiyənin Dövlət Neft Şirkəti – TPAO və Pakistanın üç neft-qaz şirkəti Pakistanın 40 dəniz blokunda neft və qaz kəşfiyyatı üzrə tenderdə iştirak etmək üçün birgə təklif hazırlayacaq. SİA xəbər verir ki, bu barədə razılıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldə olunub. Pakistan tərəfdən layihədə “Mari Energies”, “OGDCL” və “PPL” iştirak edəcək. Pakistanın dəniz zonasında neft və qaz kəşfiyyatı üçün tender 2025-ci il iyun 30-da elan ediləcək. Türkiyənin enerji naziri sazişi Ankara ilə İslamabad arasında enerji tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində növbəti addım adlandırıb. Onun sözlərinə görə,…
Daha çox