“Havalar istiləşir, bədən də bu dəyişikliyə reaksiya verir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. Onun sözlərinə görə, iştaha azalır, tez yoruluruq, halsızlıq hiss edirik: “Amma düzgün qidalanma ilə özümüzü çox rahat hiss edə bilərik. 1. Su qəbulu vacibdir – Səhər oyanan kimi 1 stəkan ilıq su içmək vərdiş olsun. Gün ərzində də mütləq 2,5 – 3 litr qazsız su içirik. Bədəni susuz qoymaq olmaz. 2. Yüngül yeməklər seçirik – Qızartmalardan, çox yağlı yeməklərdən qaçırıq. Sobanı, buxarı, qril üsulunu seçirik. Tərəvəz yeməkləri, göyərtili salatlar əla…
Daha çoxDay: April 9, 2025
Azərbaycan Moldova ilə aqrar məhsulların emalında əməkdaşlığı müzakirə edib
Azərbaycan və Moldova arasında kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq müzakirə edilib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan nazir, komissiyanın həmsədri Məcnun Məmmədov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib. Moldovanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir əlavə edib ki, ölkəmiz iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bütün…
Daha çoxBakıda Prezidentin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir – CANLI
Bakıda Prezidentin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilir – CANLI
Daha çoxGecə klubunda ölənlərin sayı 44 nəfərə çatdı
Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb. “Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.
Daha çoxMüxtəlif ölkələrdən ekspertlərin Azərbaycana səfəri ölkəmizi daha yaxşı tanımağa imkan yaradır
Bir neçə dəfə belə tədbirlər keçirilib. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxABŞ-ın silah satışı rekord həddə çatdı
Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb. SİA xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib. O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır. “Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ- dan alış-veriş etmək üçün sıraya girirlər “, – Kavoli deyib.
Daha çoxOxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
Naşir Bəhram Bağırzadənin SİA-ya müsahibəsini təqdim edirik: – Bu gün uşaq jurnallarında problemlər çoxdur. Dərc olunmur, dərc olunursa, tərcümədə problem olur. Çıxış yolu nədir? – Çıxış yolu odur ki, birinci növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən konkurslar, müsabiqələr keçirilməlidir. Elan olunmalıdır ki, yazıçılar öz əsərlərini yazsınlar, “e-mail”ə, poçta göndərsinlər. İnanın mənə, Respublikamızda çox istedadlı insanlar var. Yüzlərlə insan öz hekayələrini göndərəcəklər. İkinci növbədə elan edək ki, oktyabr ayında Bakı şəhərində böyük kitab sərgisi keçiriləcək. Onun masqotu kim olmalıdırsa, gəlin onu fikirləşək. Yaxud da, “Tıq-tıq xanım”, “Məlikməmməd” köhnəlib. Gəlin təzə obrazlar,…
Daha çoxAzərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,72 % azalaraq 67,65 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,19 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,44 ABŞ dolları və ya 0,66 % azalaraq 66,09 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxCənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq
Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq…
Daha çoxRusiya peyki naməlum obyekti orbitə çıxardı
Bu ilin fevralında Plesetsk kosmik stansiyasından buraxılan üç Rusiya peykindən biri naməlum obyekti orbitə çıxarıb. SİA “Naked Science”ə istinadla xəbər verir ki, bu, kosmos təqibi üzrə ekspertlər və analitiklər arasında marağa səbəb olub. Amerikalı astrofizik Conatan Makdauellin sözlərinə görə, mart ayında Rusiya peyki, ehtimal ki, 2583 nömrəli “Kosmos” orbitə naməlum obyekt çıxarıb. Hərbi rəsmilərin və analitiklərin fikrincə, orbitə buraxılan obyekt bir sıra məqsədlər üçün istifadə oluna bilər, o cümlədən dok və klaster uçuş texnologiyaları, kəşfiyyat və ya peyk əleyhinə silahların sınaqdan keçirilməsi üçün. Üç “Kosmos” kosmik gəmisinin və onların yeni…
Daha çox