Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artaraq bu il aprelin 1-nə 1 milyon 886 min 821-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 436 770 vahid artaraq 976 692 olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
Daha çoxDay: April 9, 2025
Qızılın bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,52% artaraq 3 035,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,64% artaraq 29,88 ABŞ dollarına bərabər olub.
Daha çoxSülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir
Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxMakrondan Trampa çağırış
Makrondan Trampa çağırış
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,6% artaraq 3,5 ABŞ dolları təşkil edib.
Daha çoxƏfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. Dövlət başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum…
Daha çoxİndoneziyada 5 bal gücündə zəlzələ baş verib
İndoneziyada 5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 156 km cənub-şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Daha çoxFHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, 2025-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: • şəxsiyyət vəsiqəsi; • əmək kitabçası (olanlar…
Daha çoxADB Azərbaycanın 2025-ci il büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan dövlət büdcəsi ilə bağlı gözləntilərini açıqlayıb. SİA xəbər verir ki, ADB dövlət büdcəsinin kəsirinin 2025-ci ildə ÜDM-in 2.4%-nə, 2026-cı ildə isə 2.0%-nə qədər artacağı proqnozlaşdırılıb. Qeyd edilib ki, 2025-ci ildə büdcə gəlirləri ÜDM-in 30%-i səviyyəsində gözlənilir. Bunun 12%-ni vergi, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan (ARDNF/SOFAZ) transfertlər təşkil edəcək. Büdcə xərclərinin isə ÜDM-in 32%-i səviyyəsində olacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına (investisiya xərclərinə) ayrılacaq. “Sosial müdafiə xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir.…
Daha çoxYeni tariflər ABŞ-a gündə 2 milyard dollar gəlir gətirir
ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir. SİA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı deyib. Prezident bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır. “Problem odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyac da yoxdur. Çünki tariflər işləyir və ölkəyə daha əvvəl görmədiyimiz səviyyədə pul axır”, – deyə Tramp əlavə edib. ABŞ Prezidenti bir çox ölkənin Vaşinqtonla ticarət müqaviləsi bağlamaq istədiyini bildirib.
Daha çox