Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir


Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.

https://www.facebook.com/share/v/1Xw548hNuD/

https://x.com/presidentaz/status/1909834452617867586

https://youtube.com/live/_hiILgSEBv0?feature=share

Əlaqəli Xəbərlər