“Müşavir” Azərbaycan taxılını oğurladıqlarını etiraf edib

Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Allahverdiyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini etiraf edib. SİA xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd təsərrüfatı sektorunun müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı nazirinin müşaviri” “vəzifələr”ində çalışdığını…

Daha çox

Gürcüstan parlamentinin sədri yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinə verdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib. SİA xəbər verir ki, Papuaşvili Azərbaycan Prezidentinin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirləri Gürcüstan-Azərbaycan dostluğunun təzahürü adlandırıb. “Bu, bizim dostlarımızla əlaqələrimizin nümunəsidir və eyni zamanda, başqalarından gözlədiyimiz, dəyər verdiyimiz dostluq münasibətidir. Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsasında da məhz bu prinsiplər dayanır. Bu, ilk dəfə deyil, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən isə xalqlarımızın mənafeyi naminə qarşılıqlı ehtiram nümayiş etdiririk”, – deyə Papuaşvili vurğulayıb.

Daha çox

Belarus yeniyetmələr üçün iş yerlərinin siyahısını dəyişir…

…Belarusda 14-16 yaş arası yeniyetmələrin məşğulluq imkanları genişləndirilib. SİA-nın məlumatına görə, işlərin siyahısını Əmək Nazirliyinin mətbuat xidməti dəqiqləşdirib. Şöbə vurğulayıb ki, bu kateqoriyaya aid bütün iş növləri yüngül, sağlamlığa və təhsilə zərər verməməlidir. Yeniyetmələrə gecə vaxtı, təhlükəli maddələrlə işləmək və ya ağır sənayelərdə işləmək qadağan edilib. Deməliyik ki, işə qəbul üçün valideynlərin razılığı lazımdır. Əmək Nazirliyinin yeni qaydalarına uyğun olaraq, 14-16 yaş arası yeniyetmələrə kirayə məntəqələrində işləmək – məsələn, idman ləvazimatları və velosipedlər vermək imkanı verilib. …Ofis işlərinə də icazə verilir: mətnlərin yazılması, təqdimatlar, cədvəllər, sadə veb saytlar yaratmaq. Bundan…

Daha çox

Erməni “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib…

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan Ağdam rayonunun Azərbaycan Respublikasına aid olduğunu bilə-bilə orada Ermənistan Respublikasının hərbçisi kimi xidmət keçdiyini etiraf edib. SİA xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib. Təqsirləndirilən şəxs həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını…

Daha çox

“Cənab İlham Əliyev çıxışlarında gələcəyə yönəlik atılacaq addımları dəqiqliklə deyir”

“Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dünən ADA Universitetində ADA universitetinin və Beynəlxalq münasibətlərin təhlili mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “ADA siyasi formunda” çıxışı geosiyasi reallıqların təhlili baxımından istər regional təhlükəsizlik məsələləri, xarici siyasət prioritetlərinin açıqlanması baxımından, istərsə də gələcək yol xəritəsinin proqnozlaşdırılması baxımından önəmli bir konsepsiya idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki , Cənab İlham Əliyev çıxışlarında gələcəyə yönəlik atılacaq addımları punktual olaraq dəqiqliklə bildirir və vaxtı yetişdikcə biz həmin punktların vaxtından həyata keçirildiyini dəqiqliklə yerinə yetirildiyinin şahidi ola bilirik:…

Daha çox

General kosmosa silah yerləşdirməyin lazım olduğunu deyir…

…Birləşmiş Ştatların kosmosa silah yerləşdirməsi lazımdır. Bunu ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib. SİA-nın məlumatına görə, bu barədə “Defense One” nəşri yazıb. …Vaxt yetişdi və biz açıq şəkildə deyə bilərik ki, bizə kosmosda atəş gücü, eləcə də silah sistemləri lazımdır. Bizə orbital ələ keçirən qurğular lazımdır. Bizə bu silahlar kosmik münaqişənin qarşısını almaq və belə bir münaqişəyə girəcəyimiz təqdirdə uğur qazanmaq üçün lazımdır. Bu, amerikalı hərbçinin sözləridir. …Nəşr qeyd edir ki, əvvəllər Amerika rəsmiləri kosmosa silah yerləşdirmək zərurəti barədə o qədər də birbaşa danışmamışdılar. Ötən ilin aprelində Uaytinq…

Daha çox

Turistlər meduzalara görə çimərlik tətilindən məhrum olublar…

Misir ölkəyə turist kimi gələnlərə üzgüçülük məhdudiyyətləri qoyur. SİA-nın məlumatına görə, bir çox otel işçiləri israr edirlər ki, meduza heç bir təhlükə yaratmır. Bununla belə, istirahət edənlər su ilə təmasdan sonra dərinin qıcıqlanmasından və yanıqlardan şikayətlənirlər. Beləliklə, aprel ayında Misir çimərliklərində üzgüçülük məhdudlaşdırılıb. Səbəb isə meduzaların kütləvi şəkildə görünməsi olub. Meduza sahilə yaxınlaşdıqda üzgüçülərin dənizə girməsi müvəqqəti qadağan edilir. Bu vəziyyət tanınmış kurortlara da təsir edib. Meduza istilasını ən çox Şarm əl-Şeyx və Hurqadada istirahət edənlər hiss edirlər. Misirə gələn bir çox turist şnorkellə üzməyə gedir. Ancaq indi, sualtı dünyasının…

Daha çox

“İşğaldan azad olunmuş rayonlarımızda enerji stansiyalarının quraşdırılması çox vacibdir”

“Ümumiyyətlə transformator elektrik maşını olaraq elektrik enerjisinin gücünü sabit saxlamaqla, gərginlik pilləsini dəyişərək uzaq məsafəyə otürülməsi üçündür. Transformator yarımstansiyaları təyinatına görə iki yerə bölünür: yüksəldici və alçaldıcı. Generasiya gərginliyi yüksəldici yarımsatansiyada transformatorlarla ötürülən məsafəyə uyğun olaraq gərginliyin tələb olunan pilləsinə qədər yüksəldilir və elektrik verliş xətləri ilə təyinat yerinə çatdırılır və burada alçaldıcı yarımstansiyalarda işlədicilərin təlabatına uyğun gərginlik pilləsinə endirilir”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib. Onun sözlərinə görə, transformator stansiyasının quraşdırılması, adətən, bu tip energetik qurğularda hava xətti ilə ötürülən cərəyanın gücünün artırılması və…

Daha çox

Azərbaycan İngiltərə ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. “Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

Daha çox

Krasnodardakı göldə su parlaq çəhrayı rəngə boyanıb..?

…Kuban Dövlət Universitetinin mütəxəssisləri Krasnodarın Dubinka mikrorayonunda yerləşən göldə suyun qeyri-normal rəngini öyrənməyə davam edirlər. SİA-nın məlumatına görə, bu fenomen mart ayında qeyri-adi çəhrayı suyun videoları sosial mediada səs-küyə səbəb olduqda ictimaiyyətin diqqətini çəkdi. Saxta olduğuna dair fərziyyələrə baxmayaraq, təsirin orijinal olduğu ortaya çıxdı: rəng bir neçə həftə davam etdi. Yerli sakinlər ehtimal edirlər ki, su anbarına maddələri dəqiqləşdirilməmiş hansısa bir müəssisə axıdır. Bununla belə, Krasnodar diyarı prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması aşkar edilməyib. …Qeyri-adi fenomenin tədqiqinə KubDU-nun mütəxəssisləri qoşulub. İlkin araşdırmalar göstərib…

Daha çox