“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcək”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ün canlı efirində deyib. Nazir bildirib ki, liderlərin bir-biri ilə münasibətləri yüksək səviyyədədir. Hazırda onların görüşünün zaman və məkanı barədə danışıqlar aparılır. O, çıxışında Yaxın Şərqdəki, habelə, Rusiya -Ukrayna arasındakı müharibələrə də toxunub. H.Fidan Türkiyənin heç bir ölkə ilə, o cümlədən İsraillə münaqişə etmək niyyətinin olmadığını bildirib.