Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub


Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

SİA-nın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Əlaqəli Xəbərlər