Xətai rayonunda küçə ticarətini kim çiçəkləndirir?

Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dünya ölkələrinin diqqətini daha çox cəlb etməyə başlayıb. Ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən meqa layihələr, xüsusən də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri bir sıra dövlətlərin münasibətlərində müsbət mənada dəyişikliklərə səbəb olub. Ölkəmizə gələn turistlərin sayında da kəskin artım müşahidə olunur. Yeni tikililər, parklar, istirahət mərkəzləri, paytaxtımıza gözəllik verən xiyabanlar qonaqların həmişə görmək istədikləri məkanlara çevrilib. Dövlət qurumlarının səyi nəticəsində Bakının gözəlliyinə xələl gətirən amillər aradan qaldırılır, qanunsuz hallara çox az hallarda rast gəlinir. Küçə ticarəti demək olar ki, az rast gəlinən qanunsuz…

Daha çox

Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər. Sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır. Sitrusçuluq əsasən, ölkənin cənub zonasında inkişaf edib. Ölkə üzrə…

Daha çox

anti-Azərbaycan siyasətin ifşası, reallığın təbliği

Prezident İlham Əliyevin Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünyada geniş rezonans doğurub. SİA xəbər verir ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin ADA Universitetində qatıldığı beynəlxalq forumda Prezident İlham Əliyevin söylədiyi fikirlər növbəti dəfə çoxşaxəliliyi ilə seçilib. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Bakının atdığı addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərdən tutmuş dünyada baş verən proseslərə qədər suallara üç saat ərzində çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verib. Əvvəlki forumlar da göstərib ki, Prezidentin iştirakı ilə keçirilən…

Daha çox

Bu il Şəkidə iki yüzdən çox fermer tütün əkəcək

Cari təsərrüfat ilində Şəki rayonunda 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 19 hektar artırılması nəzərdə tutulur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib. Onun sözlərinə görə, sahələrin 1320 hektarına “Virciniya botaniki”, 300 hektarına isə yerli tütün sortları əkiləcək. Hazırda təsərrüfatlarda tütün əkininə son hazırlıq işləri görülür. Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən indiyədək 222 fermerlə müqavilə…

Daha çox

Donald Tramp Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır. Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə…

Daha çox

Səlcuq Yöntem səssizliyini pozdu: ”Gəncləri buraxın” çağırışı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin bir çox müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında saxlanılan gənclər ictimai gündəmdə geniş yer tapıb. Bu etirazlardan sonra saxlanılaraq həbs edilən gənclərə dəstək məşhur aktyor Səlcuq Yöntemdən gəlib. Sosial media hesabında paylaşım edən Yöntem gənclərin azadlığa buraxılması lazım olduğunu bildirərək, “Onları azad edin” çağırışı edib. Nuray Paşşanlı

Daha çox

Ağbənd körpüsü 2026-cı ilin əvvəlində istifadəyə veriləcək..?

Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun. Eyni zamanda, İran…

Daha çox

“Aqrar Biznes Festivalının keçirilməsi işğaldan azad olunmuş torpaqlara stimul verir”

“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağalı kəndində Aqrar Biznes Festivalı təşkil ediləcək. Bu kimi tədbirlərin işğaldan azad olunan torpaqlarda keçirilməsi bölgədə aqrar sahənin inkişafına stimul verir və bölgənin imkanlarını təbliğ edir. Eyni zamanda, Nazirlik tərəfindən bu sahədə aparılan işlər haqqında geniş məlumatların verilməsi, iş adamlarının və aqrar sektorda çalışan insanların maraqlanıb-öyrənmək istədiyi suallara cavab olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, 30 il işğal ərzində düşmənlərimiz bu bölgəni tamamilə dağıtmışdır: “Torpaqlarımız işğaldan azad olunan gündən cənab Prezident İlham Əliyevin tapşırığına əsasən bu regionda quruculuq-bərpa işləri…

Daha çox

ABŞ Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır

Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. SİA xəbər verir ki, bu fikir Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq…

Daha çox

Rusiya ordusunda 155 çinli döyüşür!

Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində son hadisələrlə bağlı məlumat verib. Zelenski deyib ki, o, ABŞ-ın Rusiya ilə Çin vətəndaşlarını cəbhə xəttinə göndərmək barədə danışacağını gözləyir. Zelenski Rusiyanın Çin vətəndaşlarını sosial media vasitəsilə işə götürdüyünü və Çin rəsmilərinin də bundan xəbərdar olduğunu bildirib. Zelenski vurğulayıb ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ordusunda döyüşən çinli əsgərlərin adlarını, doğum tarixlərini və təyin olunduqları Rusiya hərbi hissələrini əks etdirən siyahılar hazırlayıb. Ukraynanın Rusiya ordusuna yeni cəlb olunanların Çindən təlimat alıb-almadığını qiymətləndirdiyini deyən Zelenski, “Çin məsələsi ciddidir” dedi. “Adları və…

Daha çox