Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 23, Kəlbəcərdə 22, Sabirabadda 19, Şahbuzda…

Daha çox

IMF 2025-ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildən etibarən neft və təbii qaz qiymətlərinin tədricən azalacağını proqnozlaşdırır. SİA IMF-ə istinadən xəbər verir ki, 2025-ci ildə bir barel neftin orta qiyməti 78,6 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Növbəti illərdə bu qiymət azalacaq: 2026-cı ildə 73,5 ABŞ dolları, 2027-ci ildə 71,6 ABŞ dolları, 2028-ci ildə 70,6 ABŞ dolları təşkil edəcək, 2029-cu ildə isə 72 ABŞ dollarına qədər cüzi artım gözlənilir. Təbii qaza gəlincə, IMF-in hesablamalarına görə, 2025-ci ildə onun qiyməti 1000 kubmetr üçün 517,4 ABŞ dolları təşkil edəcək. Daha sonra davamlı azalma gözlənilir: 2026-cı ildə…

Daha çox

Ermənilər üçün qorxunc sayılan QLOBAL TƏHLÜKƏ

Dünyanın bir sıra qabaqçıl, inkişaf etmiş və nəhəng dövlətlərinin Azərbaycanı bütün müstəvilərdə müdafiə etməsi artıq hayları bərk narahat edir. Xüsusən də, Ağ Ev “sahibinin” dəyişməsindən, Trampın hakimiyyətə qayıtmasından sonra Azərbaycanla Amerikanın münasibətlərini daha da yaxşılaşdırmaq istiqamətində atdığı addımlar, İsrailin, Almaniyanın ölkəmizlə müsbət münasibətdə olması ermənilərin yuxularını ərşə çəkib. İndi artıq ermənilər düşünürlər ki, İsrail də, Amerika da Azərbaycanı hər mənada müdafiə edəcək və bundan sonra ABŞ kimi bir ölkəyə də ümidləri qalmayacaq. Daim Amerikaya güvənən haylar da belə bir vəziyyəti özləri üçün qlobal təhlükə hesab edirlər. Haylar öz fəlakətlərini, qarşılaşdıqları…

Daha çox

Aİ və NATO Ukraynaya qoşun göndərməyi müzakirə edir…

Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Aİ və NATO ölkələri “istəklilərin koalisiyası” formatında Ukraynaya qoşunların göndərilməsini monitorinq və ya sülhməramlıdan tutmuş, mümkün atəşkəsdən sonra missiyaya qədər bir formatda öyrənirlər. SİA-nın məlumatına görə, onun sözlərini TASS sitat gətirir. …Biz monitorinq missiyasına, sülhməramlı missiyaya, çəkindirmə missiyasına, gücləndirmə missiyasına baxırıq. Onun sözlərinə görə, müzakirələr davam edir. …Bir sıra ölkələr iştirak etməyə hazırdır, bəziləri isə yox. Amma əsas sual budur ki, sülh olarsa, bizə hansı qüvvə və imkanlar lazım olacaq. Bunu Kallas qeyd edib. … Bloomberg daha əvvəl bildirmişdi ki, Fransa və…

Daha çox

Qəbələdə özbaşına aparılan hasarlama işlərinin qarşısı alınıb

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları Qəbələ ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqləri davam etdirirlər. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, növbəti monitorinq zamanı rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq ərazi boşaldılıb.

Daha çox

EIB Azərbaycanda “yaşıl istiqrazlar”ın buraxılmasını nəzərdən keçirir

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda “yaşıl istiqrazlar”ın buraxılması imkanını nəzərdən keçirir. Bu barədə SİA-ya EIB-dən məlumat verilib. Bankda qeyd ediblər ki, EIB bütün dünyada “yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir. “Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə can atmasını, həmçinin bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırmasını nəzərə alaraq, “yaşıl istiqrazlar”ın buraxılması üçün EIB-dən maliyyə vəsaitinin cəlb edilməsi mümkündür. Lakin bunun üçün etibarlı normativ baza və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xətti yaradılmalıdır”, – məlumatda vurğulanıb. Xatırladaq ki, Azərbaycanda artıq bir…

Daha çox

Milli Parkda ayrı-seçkilik

Çox zaman o fikrə rast gəlirik ki, filankəs tez qocaldı və ya bəsmənkəsin saçları tez ağardı. Başqa birisi haqqında deyilir ki, filankəsin beli əyilib, yerişi dəyişib, danışığında nala-mıxa vurma halları yaranıb. Hətta nisbətən canısulu insanlar əldən düşmüş, qocalmış insanların halına acıyırmış kimi, deyirlər ki, cavanlıqda qəddi-qamətli, enlikürək, yaraşıqlı olan filankəsi bazarda gördüm yazığım gəldi, bədbəxt tamamilə qocalıb və zəifləyib, beli bükülüb, üzü solub, başı da keçəlləşib. Olsun, əslində, qocalıq fəlakət, faciə sayılmamalıdır. Uzun ömürlü olmaq Allahın onlara verdiyi ömür payıdır və buna görə şükürlər edilməlidir. Sadəcə, qocalıqda ötən illərdə etdiklərinə…

Daha çox

Prada Versaceni aldı

Prada moda evi İtaliyanın Versace brendi tərəfindən alınıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Vogue Business” Capri Holdings Ltd şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb. Müqavilənin dəyəri 1,25 milyard avrodur. Onun 2025-ci ilin ikinci yarısında başa çatdırılması gözlənilir. …Biz Versace-ni Prada Qrupunda salamlamaqdan və kreativlik, sənətkarlıq və irsə güclü öhdəliyi paylaşdığımız brend üçün yeni fəsil açmaqdan şadıq. Biz Versace mirasını onun cəsarətli, zamansız estetikasını qeyd edərək və yenidən təsəvvür etməklə davam etdirəcəyik. Eyni zamanda, biz ona möhkəm sərmayələr, uzun illərdir davamlı əməkdaşlıq platforması təqdim edəcəyik. Bunu Prada Qrupunun…

Daha çox

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq

“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir. Məlumata görə, müəssisəyə Parkda rezidentlik verilib. Bununla da rezidentlərin sayı 12-yə çatıb. Layihənin həyata keçirilməsi ilə Parkın enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma…

Daha çox

Yunanlar da ruslara qarşı xilaf çıxdılar..?

Yunanıstan Rusiyanın hava hücumundan müdafiə sistemlərini İsrail sistemi ilə əvəz etməyi planlaşdırır Önümüzdəki həftələrdə Yunanıstan Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün böyük tenderin qalibini elan edəcək. SİA-nın məlumatına görə, müqavilə üçün Israel Aerospace Industries (IAI) və Rafael yarışır. Yunanlar adalarda taktiki ballistik və qanadlı raketləri də tuta bilmək üçün keçən il təkmilləşdirilmiş Rafaelin Hörümçək mobil hava hücumundan müdafiə sistemini yerləşdirməyi düşünürlər. Bununla belə, eyni işi Almaniyanın IRIS-T sistemi yerinə yetirir, “Details” nəşri Walla-ya istinadən xəbər verir. Əsas müqavilə – ölkənin mərkəzi ərazisini…

Daha çox