Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib. SİA xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb. Bildirilib ki, bu, “Suriyada münaqişəsizlik” mexanizminin ilk texniki görüşü olub. “İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb”, – məlumatda qeyd edilib.
Daha çoxDay: April 10, 2025
NİİM sürücüləri küçə və yollarda sıxlıq yaratmamağa çağırır
Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Təəssüflər ki, həmin sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almağı və ya hadisə yerinə baxmağı ilə əlaqədardır. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. “Aprelin 10-da günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yolda da hər…
Daha çoxAzərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. “Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun. Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə…
Daha çoxKamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib
Kamran Əliyev növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib. SİA xəbər verir ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında yekdilliklə qəbul olunmuş qərara görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib. Xatırladaq ki, Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 7-9 aprel tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak edib.
Daha çoxRusiya və ABŞ nümayəndə heyətləri İstanbulda görüşüblər!
ABŞ və Rusiya nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün ikinci dəfə İstanbulda görüşüb.ABŞ və Rusiya arasında səfirlik fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunacağı görüş çərçivəsində ABŞ nümayəndə heyəti saat 09:45-də Rusiyanın İstanbuldakı Baş Konsulluğuna gəlib.İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter rəhbərlik edir.Görüş bir çox türk və xarici mətbuat nümayəndələrinin böyük marağına səbəb olub. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce İstanbulda keçiriləcək ikinci iclasda yalnız “səfirlik əməliyyatları”nın müzakirə ediləcəyini, Ukraynanın təhlükəsizliyi və ya…
Daha çoxQanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 % artıb
Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 42 müraciətə baxıb. SİA agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 % çoxdur. Son 1 ildə təmin olunmuş müraciətlərin sayı isə 20 % artaraq 12 olub. “Reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır”, – məlumatda qeyd olunub.
Daha çox“Onlayn ticarət istehsalçılar üçün bir sıra üstünlüklər yaradır”
“Yerli və ya xarici olmasından asılı olmayaraq, onlayn ticarət platformalarının bir çox üstünlükləri mövcuddur. Birinci növbədə, bu proses satışın təşkili ilə bağlı xərcləri minimuma endirdiyi üçün məhsulların daha əlverişli qiymətlərlə təqdim olunmasına şərait yaradır. Digər tərəfdən, onlayn platformalarda geniş məhsul çeşidinə rast gəlmək mümkündür. Həm qiymət, həm də keyfiyyət baxımından müxtəlif seçimlərin olması istehlakçıların fərqli alıcılıq zövqlərini təmin etməkdə ciddi üstünlük yaradır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, üçüncü əhəmiyyətli cəhət isə coğrafi məhdudiyyətlərin aradan qalxması və əlçatanlığın artmasıdır: “Dünyanın harasında olmağınızdan asılı olmayaraq,…
Daha çoxİlham Əliyev Türkiyədə işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb. SİA xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çoxRusiyadan idxal olunan mal piyində uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində “Gourmeat” MMC-nin Rusiyadan idxal etdiyi “Bryansk Meat Company” şirkətinin istehsalı olan 21 min kiloqram “Miratorq” əmtəə nişanlı mal piyindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlayıblar. SİA xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.
Daha çoxHazır həyət evi almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?
“İnvestisiya baxımından əlverişli yerdə torpaq tapırıqsa və qanunvericiliyə uyğun şəkildə ev tikiriksə, adətən qazanc əldə olunur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, hazırda inşaat işləri xeyli bahalaşıb: “Bu baxımdan, bəzən köhnə evi almaq və onu bərpa etmək daha sərfəlidir. Çünki vaxtilə torpaq ucuz başa gəlib, inşaat da ucuz başa gəlib. Köhnə ev varsa, onun ərsəyə gəlməsi də ucuz başa düşüb”. Elnur Azadov sözlərinə belə davam edib: “Bəzən torpağın sahəsi elə olur ki, həm daha geniş, həm də əlverişli məkanda yerləşir. Bu isə…
Daha çox