Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasından dəvət edilmiş psixoloq tərəfindən “Psixologiyanın əsasları”, “Obsessiv-kompulsiv pozuntu”, “EMDR terapiya”, “Mənlik duyğusu” mövzularında iştirakçılara ətraflı məlumat verilir. Təlimdə psixoloji travmalar, onların yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək yolları,…
Daha çoxDay: April 10, 2025
Çin alternativ ticarət yolları axtarışında
Amerika iqtisadi cəhətdən qeyri-sabitlik və təhlükəli mərkəzə çevrilir Çin açıq şəkildə, Donald Trampın təbirincə desək, onlar üçün daha yaxşı beynəlxalq ticarət şəraiti tələblərinə hazır olan vassal ölkələrin növbəsinə qoşulmaq istəmir. Buna görə də Amerika administrasiyası Çini ABŞ-la ticarət danışıqlarına razılıq verməyə inandırmağa başlayıb. Ticarət münaqişələrinin kəskinləşməsi təhlükəsi neftin qiymətini 59 dollar/barel həddindən uzaqlaşdırıb. Neftin qiymətinin aşağı düşməsinin qurbanları Rusiya və Səudiyyə Ərəbistanının büdcələri olub ki, bunun üçün balanslaşdırılmış büdcə yalnız 90 dollar/barel səviyyəsində əldə edilə bilər. İndi səudiyyəlilər yeni xarici kredit mənbələri axtarmağa məcburdurlar. Bunu analitiklər də təsdiq edirlər. ABŞ-ın…
Daha çoxIMF-in Azərbaycanın nominal ÜDM-i üzrə proqnozları hökumətin gözləntilərini üstələyir
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 3,5 % real artımla 134,078 milyard manat (78,87 milyard ABŞ dolları) təşkil edəcək. SİA IMF-ə istinadən xəbər verir ki, 2026-cı ildə ölkədə ÜDM-in nominal həcmi 2,5 % real artımla 139,182 milyard manat (81,872 milyard ABŞ dolları), 2027-ci ildə 2,4 % real artımla 145,847 milyard manat (85,792 milyard ABŞ dolları), 2028-ci ildə 2,4 % real artımla 153,556 milyard manat (90,327 milyard ABŞ dolları), 2029-cu ildə isə 2,5 % real artımla 162,135 milyard manat (95,373 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.…
Daha çox“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək “Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini – Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak…
Daha çoxAzərbaycan Moldova ilə neft-qaz və neft məhsulları ticarətini müzakirə edib
Azərbaycan və Moldova arasında neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. Məlumata görə, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşündə baş tutub. Görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region…
Daha çoxAzərbaycanda I rübdə orta illik inflyasiya 5 %-dən çox olub
Bu ilin I rübündə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,8 % təşkil edib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 % olub. Ötən…
Daha çoxYAP-ın nümayəndələri Türkiyəyə səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər. SİA xəbər verir ki, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Daha çoxEv telefonlarına maraq niyə azalıb? – EKSPERT FİKRİ
Ev telefonlarına maraq niyə azalıb? – EKSPERT FİKRİ
Daha çoxAzərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb
Bu ilin aprelin 1-nə Azərbaycanda 1 614 737 vergi ödəyicisi olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5 % çoxdur. Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,6 %, hüquqi şəxslərin sayı 7,6 % artıb. Martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,2 % artaraq 193 780 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 %-i…
Daha çox“Bu, sadəcə mövqe deyil, həm də çağırış idi”
“ADA Universitetində keçirilən Beynəlxalq Forumda Azərbaycanın Prezidenti bir sıra məsələlərə toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Prezident mümkün yeni dünya nizamında bu nizamı təyin edən qlobal aktorlardan Azərbaycanın münasibətini şərh etdi: “Əslində yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulacağı ilə bağlı açıqlama, beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları konteksti ilə şərh etdi. Azərbaycan Prezidenti bu kontekstdə ABŞ, Almaniya, İsrail, Türkiyə, İran, Rusiya, Fransa və sair kimi ölkələrlə Azərbaycanın münasibətlərinə toxunaraq hazırda bu münasibətlər kontekstində regionumuzda mümkün yeni…
Daha çox