Əməkdaşlıq haqqında memorandum imzalanıb

Aprelin 9-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir, Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub. Akademiyanın rektoru Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcəyi bildirilib. Daha sonra Vəkillər Kollegiyasının sədri…

Daha çox

AZAL Bakıdan Milana hər gün uşuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aprelin 1-dən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb. SİA AZAL-a istinadən xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında keçirilən görüşdə bilidirib. Onun sözlərinə görə, mayın 13-dən isə uçuşlar hər gün həyata keçirəcək. Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Səfir Di Canfrançesko 2026-cı…

Daha çox

Leyla Əliyevanın təşəbbüsü ilə sənədli film nümayiş olunub

Nizami Kino Mərkəzində aprelin 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli filmi nümayiş olunub. SİA xəbər verir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin…

Daha çox

Ramin Məmmədov Dini Komitənin könüllüləri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dövlət Komitəsinin könüllüləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin çağırışı əsasında başladılan könüllülük hərəkatının dövlətin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib. O, Dini Komitə könüllülərinin bu prosesin fəal üzvləri olduğunu nəzərə çatdırıb. Ramin Məmmədov gənclərin könüllü olaraq müxtəlif sosial layihələrdə fəal iştirak etməsinin vacibliyini də vurğulayıb: “Gənclər sosial işlərdə fəal iştirakla yanaşı, müxtəlif təşəbbüsləri ilə cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayırlar. Könüllülərin təşəbbüskarlığı ölkənin inkişafı üçün əvəzsizdir və gənclərin müxtəlif sahələrdəki…

Daha çox

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib

Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib. SİA xəbər verir ki, iclasın gündəliyinə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ daxil edilib. İclasın gündəliyi aşağıdakı kimi müəyyənləşib: 1. X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında. 2. M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında. 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında. 4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 5. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.…

Daha çox

Polisin qatilinin cəsədi meydanda nümayiş etdirilir…

…Çeçenistan hakimiyyəti Açxoy-Martanda yol polisi postuna hücum edən 17 yaşlı yerli sakin Əskərxan Xumaşevin meyitini ictimaiyyətə nümayiş etdirmək qərarına gəlib. Aksiya Açxoy-Martan bələdiyyəsinin inzibati binasının qarşısındakı meydanda, ehtimal ki, dövlət məmurlarına qarşı qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq məqsədi ilə təşkil edilib. Yayılan kadrlarda Xumaşevin qohumlarının da olduğu ehtimal edilən insan izdihamı görünür. SİA-nın ötən gün yazdığına görə, aprelin 8-də naməlum şəxs bıçaqla yol polisi postuna hücum edib. İki polis əməkdaşı yaralanıb, həkimlər onlardan birini xilas edə bilməyib. Hücum edən şəxs öldürülüb. Onun 17 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Çeçenistan Respublikasının…

Daha çox

EIB Azərbaycanda “yaşıl layihə”lərə maraq göstərir

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda bərpa olunan enerji, “yaşıl hidrogen”, dayanıqlı nəqliyyat, bələdiyyə infrastrukturunun inkişafı, enerji səmərəliliyi və enerji şəbəkələrinin modernləşdirilməsi ilə bağlı layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib. Bu barədə SİA-ya EIB-dən məlumat verilib. Bankdan bildiriblər ki, Azərbaycan hidrogen ixracı, həmçinin günəş və külək enerjisinin inkişafı üçün böyük potensiala malikdir. “Təklif edilə biləcək maliyyələşdirmə mexanizmlərinə belə layihələrin uğurla həyata keçirilməsi üçün uzunmüddətli kreditlər, zəmanətlər və texniki yardım daxildir”, – EIB qeyd edib. Bankın prioritetləri arasında “yaşıl enerji”, enerji səmərəliliyi, rəqəmsallaşma, infrastrukturun dayanıqlı inkişafı və əlaqələrin genişləndirilməsi yer alır. “EIB Global”…

Daha çox

Baş prokurorun müavini Argentinada BPA-nın İcraiyyə Komitəsinin iclasında

Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 7-9 aprel tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq…

Daha çox

İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb…

SİA xəbər verir ki,TASS-ın aprelin 10-da verdiyi məlumata görə, İstanbulda diplomatik səviyyədə Rusiya-Amerika danışıqları başlayıb. Danışıqlar Rusiyanın İstanbuldakı Baş Konsulluğunda aparılır. Rusiya agentliyi mənbəyə istinadən xəbər verir ki, Rusiya və ABŞ arasında məsləhətləşmələr birinci raund kimi qapalı formatda keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, danışıqların ikinci raundu “diplomatik missiyaların işinin normallaşdırılmasına” həsr olunub. Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Rusiya və ABŞ arasında…

Daha çox

Azercell-in dəstəyi ilə informatika fənni üzrə “Bahar Düşərgəsi” təşkil olundu

Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində “Bahar Düşərgəsi” təşkil olunub.Azercell-in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir. İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda,məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar…

Daha çox