Bu ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1 991 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.
Daha çoxDay: April 10, 2025
“İnformasiya bolluğunun artması ciddi təhlükədən xəbər verir”
“İnternetin geniş əhatə dairəsinin olması, müxtəlif profillərdə meydana çıxması, xüsusən sosial şəbəkələrin maraq və cazibəsinin artması istər-istəməz telekanalları müəyyən dərəcədə üstələyir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bunun müsbət tərəfi odur ki, insanlar informasiyaya daha yaxındırlar: “Məlumat, informasiya öyrənmək, maariflənmək üçün geniş imkanlar yaranıb və sosial şəbəkələr müəyyən müsbət rol oynayır. Amma eyni zamanda, sosial şəbəkələrin dağıdıcı, müəyyən mənada keyləşdirici təsiri də var ki, bunlar xüsusi neqativlər siyahısındadır. İnformasiya bolluğunun artması, ümumiyyətlə, ciddi təhlükədən xəbər verir. Əgər biz bu informasiya bolluğunu tam şüurlu, səviyyəli,…
Daha çoxAMB sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib
Bundan başqa, bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir: – hər bir bank üzrə sistem əhəmiyyətlilik indeksi hesablandıqdan sonra həmin indeks 420 baza bəndi ilə müqayisə olunur; – yekun sistem əhəmiyyətlilik indeksinin nəticələri 420 baza bəndi və bundan yüksək olan banklar sistem əhəmiyyətli bankların siyahısına daxil edilir. Sistem əhəmiyyətli bankların siyahısı hər il martın 1-nə qədər AMB-nin İH-nin qərarı ilə təsdiq edilir. Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən 5 iş günü ərzində bu barədə müvafiq banka və Maliyyə Nazirliyinə yazılı məlumat veriləcək və sistem əhəmiyyətli…
Daha çoxAzərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən əlavə olunub.
Daha çoxNatəvan Bayramova vəzifədən getdi
Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib. SİA xəbər verir ki, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib. Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.
Daha çoxCeyhun Bayramov Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. SİA-nın əldə etdiyi xəbərə görə, Ceyhun Bayramov Antalya Diplomatiya Forumuna qatılacaq. Beynəlxalq tədbirə Azərbaycan Milli Məclisinin bir sıra üzvləri də qatılacaqlar. Qeyd edək ki, forum aprelin 11-13-də keçiriləcək.
Daha çoxBakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə regionun lider hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. SİA bu barədə aeroporta istinadən xəbər verir. Məlumata görə, mükafat aprelin 9-da İspaniyanın paytaxtı Madriddə keçirilmiş “Passenger Terminal Expo 2025” sərgisi çərçivəsində təqdim olunub. “Skytrax World Airport Awards” dünya üzrə sərnişinlər arasında müstəqil sorğulara əsaslanan aviasiya sənayesində beynəlxalq səviyyədə tanınmış mükəmməllik standartıdır. Qaliblər sərnişin rahatlığı, xidmətin səmərəliliyi, infrastruktur və innovasiyalar kimi əsas meyarlar üzrə müəyyən olunur. Heydər Əliyev Beynəlxalq Aeroportunun…
Daha çoxYAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib. Bu barədə SİA-ya YAP-dan məlumat verilib. Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır. Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Daha çoxRafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Daha çoxAzərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dolları, yaxud 5,23 % azalaraq 64,11 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 62,69 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 3,56 ABŞ dolları və ya 5,39 % azalaraq 62,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çox