Aprelin 9-da Amerika fond bazarlarında Dow Jones indeksi 7.87% – 40,608.45 bəndədək, S&P 500 indeksi 9.52% – 5,456.90 bəndədək, Nasdaq indeksi isə 12.16% – 17,124.97 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 9-da FTSE 100 indeksi 2.92% – 7,679.48 bəndədək, Fransanın CAC-40 indeksi 3.34% – 6,863.02 bəndədək, Almaniyanın DAX indeksi 3% – 19,670.88 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.28% artaraq 1.0980 dollar təşkil edib.
Daha çoxDay: April 10, 2025
Dünya pərvanətək Azərbaycanın işığına fırlanır
Azərbaycanın mavi Xəzəri, ağbaşlı Kəpəz zirvəsi, incə, zümrüd Araz vadisi, hüdudsuz düzənlikləri, eninə uzanan həmişəyaşıl meşələri, bol balıqlı iti axan çayları, ən gözəli mirvari gözlü Göygöl olan mavi gölləri var. Bu əsrarəngiz diyarda Yer kürəsinin iqlim qurşaqları – subtropik meşələrdən tutmuş daimi qar və buzlaqlara qədər hamısı var. Təbiət öz nemətlərini bu torpağa əsirgəmədən vermişdir. Azərbaycanın ən böyük sərvəti onun torpaqlarının təkində yerləşmişdir. Bu barədə qədim yunan coğrafiyaçısı Strabon belə yazmışdır: “Bu, torpağın təkindəki gizli quyu anbarlarda daldalanmış, özünügizlətmiş ecazkar qaynar yağ – neft idi.” Bu günlərdə Bakının neft mədənləri…
Daha çoxMilli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər
Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, foruma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən qatılacaqlar. Onlar bu məqsədlə aprelin 10-da Türkiyənin Antalya şəhərinə səfər edəcəklər. “Bölünən dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilən forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və…
Daha çoxZaxarovadan Makrona ironiyalı sözlər
Zaxarovadan Makrona ironiyalı sözlər
Daha çoxAğdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli…
Daha çoxKəmaləddin Heydərov “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 8-9 aprel 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır. Tədbirdə çıxış edən…
Daha çoxƏrdoğan yaxın zamanda Trampla görüşəcək
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcək”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ün canlı efirində deyib. Nazir bildirib ki, liderlərin bir-biri ilə münasibətləri yüksək səviyyədədir. Hazırda onların görüşünün zaman və məkanı barədə danışıqlar aparılır. O, çıxışında Yaxın Şərqdəki, habelə, Rusiya -Ukrayna arasındakı müharibələrə də toxunub. H.Fidan Türkiyənin heç bir ölkə ilə, o cümlədən İsraillə münaqişə etmək niyyətinin olmadığını bildirib.
Daha çoxTramp İrana hərbi güc tətbiqini istisna etmir
ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib. SİA-nın məlumatına görə, Tramp potensial hərbi hücuma İsrailin liderlik edəcəyini açıqlayıb. “Əgər bu, hərbi həll tələb edirsə, biz hərbi yola əl atacağıq. İsrail açıq şəkildə bu işdə iştirak edəcək. Onlar bu prosesə liderlik edəcəklər”,- deyə Tramp qeyd edib. Qeyd edək ki, həftə sonu Oman sultanlığında ABŞ və İran rəsmilərinin iştirakı ilə nüvə məsələsi ilə bağlı danışıqlar keçiriləcək.
Daha çoxSəbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində panel iclası keçirilib
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Yaddaşın Suverenliyə Çağırışı – Soyqırım və Qərbi Azərbaycan Həqiqətləri” mövzusunda panel iclas keçirilib. SİA xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası və İdarə Heyəti, millət vəkilləri, elm xadimləri, ziyalılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən universitetlərin tələbələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir. Qərbi Azərbaycanın mədəniyyəti, coğrafiyası…
Daha çoxMacarıstan hökumətinin Rusiya ilə bağlı siyasəti dəyişə bilər
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh strategiyasının bir hissəsi olacağı təqdirdə Budapeşt Qərbin sanksiyalarını dəstəkləyə bilər. SİA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitik mərkəzində çıxışı zamanı deyib. Diplomat qeyd edib ki, əgər Donald Tramp Rusiya ilə atəşkəsə razılıq əldə edilmədiyi halda Kremlə təzyiq vasitəsi kimi sanksiyalardan istifadə edərsə, Macarıstan bu tədbirləri dəstəkləyə bilər. Onun sözlərinə görə, Avropa İttifaqının əvvəllər tətbiq etdiyi sanksiyalar “absurd” və “uğursuz” olub, iqtisadi baxımdan isə Rusiyadan daha çox Avropaya ziyan vurub. “Bizim…
Daha çox