“Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktik konfrans…

Ağstafada Rayon İcra Hakimiyyəti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktik konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub. “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitab barədə məlumat verilib. Çıxışlar zamanı vurğulanıb ki, Qərbi Azərbaycan torpaqları azərbaycanlıların əzəli dədə-baba yurdudur. Tarix boyu soydaşlarımızın bu torpaqlarda dəfələrlə deportasiyaya məruz qaldıqları bildirilib. Azərbaycan dövlətinin Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsini xüsusi diqqətdə saxladığı qeyd edilib, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının tarixi…

Daha çox

Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, sənəddə baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Memoranduma bu gün Bakıda keçirimiş Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında imza atılıb.

Daha çox

Antalyada IV Diplomatiya Forumu işə başlayıb

Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb. SİA xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir. Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır. Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən…

Daha çox

İran lideri ABŞ-la birbaşa danışıqlara razıdır

İranın ali dini lideri Ayətullah Əli Xamenei dolayı danışıqların uğurlu olacağı təqdirdə ABŞ prezidenti Donald Trampın administrasiyası ilə birbaşa dialoqa icazə verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. …Bir neçə saatlıq müzakirələrdən sonra Xamenei güzəştə getdi. O, əvvəlcə dolayı yolla vasitəçi vasitəsilə danışıqlara icazə verdi, sonra hər şey yaxşı olarsa, amerikalı danışıqlarçılarla birbaşa təmaslara icazə verdi, – bəyanatda deyilir. Nəşrin yazdığına görə, İran lideri bu qərarı digər yüksək vəzifəli məmurların təzyiqi altında qəbul edib, onların çoxu ABŞ-la mümkün müharibə və kəskinləşən iqtisadi böhranı İslam…

Daha çox

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul…

Daha çox

Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilib

Bu gün Bakıda Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib. SİA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki tədbiri giriş sözü ilə Komissiyanın yerli həmsədri, nazir Məcnun Məmmədov açıb. O, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən nazir iqtisadi potensialı nəzərə alıb ticarət əlaqələrinin daha da şaxələndirilməsi, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımlar atılmasının vacibliyini qeyd edib. Həmsədr bildirib ki, birgə biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında…

Daha çox

”Forum yaradılan reallıqların təqdim olunması baxımından əhəmiyyətli oldu”

“ADA Universitetində beynəlxalq siyasətin müzakirəsinə həsr olunan yeddinci beynəlxalq forumda maraqlı mesajlar verildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. Onun sözlərinə görə, rekord sayda iştirakçının qatıldığı toplantıda cənab Prezidentə ünvanlanan suallar regional və qlobal münaqişələr fonunda dünyanın gələcəyi, Azərbaycanın cərəyan edən proseslərdə rolu ilə bağlı idi: “Forum iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər etdilər, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallığı, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücü ilə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Regionda yaranan yeni reallıqlar fonunda dünyanın…

Daha çox

İrlandiya Kursk bölgəsindəki vəziyyətdən dəhşətə gəlib…

…İrlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsində rus qoşunlarının azad etdiyi Kursk vilayəti ərazisində çoxlu sayda ölən ukraynalı əsgərin cəsədlərinin atılmış vəziyyətdə qalması barədə məlumatı emosional şəkildə şərh edib. …Bütün bir Ukrayna bölməsinin çürümüş cəsədləri Kursk vilayəti ilə sərhədə atılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Bouz yazıb. O, həmçinin qeyd edib ki, bir neçə yüz min ukraynalı hərbçi itkin düşənlər siyahısındadır ki, onların qohumları qanuni ödənişlər almasınlar. …Bundan əvvəl “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Apti Alaudinov məlumat vermişdi ki, Rusiya hərbçiləri həlak olan ukraynalı əsgərlərin cəsədlərini…

Daha çox

Naxçıvanda xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, idarədən bildirilib ki, görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin, yeni istifadəyə verilmiş layihələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimuma endirilməsinə şərait yaradıldığı vurğulanıb. Həmçinin məcburi qərarların qəbul edilməsi və biznes subyektlərinin fəaliyyətinə təsiri, eləcə də gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı sahibkarlara və gömrük təmsilçilərinə ətraflı məlumat verilib. Yekunda təklif və rəylər dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Daha çox

Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 853,6 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ilk rübü ilə müqayisədə 6,9 % çoxdur. Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,9 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.…

Daha çox