Elektromobillər üçün enerji doldurucusu istehsalına lazım olan mallar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların idxalı gömrük rüsumundan azad edilib. Söhbət elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerindın gedir. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və…

Daha çox

İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. SİA xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi. Ersin Tatar dövlət başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi…

Daha çox

“Ramştayn” formatında yeni koalisiya elan edilib

Brüsseldə keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) növbəti iclasında radioelektron mübarizəsi koalisiyasının yaradılması elan edilib. Artıq 11 ölkə, o cümlədən Ukrayna da bu koalisiyaya qoşulub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov açıqlama verib. Onun sözlərinə görə, yeni koalisiyası avadanlıqların alınması, mütəxəssislərin hazırlanması və elektron müharibə sahəsində siyasət və doktrinaların hazırlanması işini həyata keçirəcək. “Elektron müharibə müasir hərbi münaqişələrin kritik tərkib hissəsidir. Effektiv elektron müdafiə olmadan heç bir bölmə tam döyüşə hazır ola bilməz. Koalisiyanın işə salınması bizə səyləri əlaqələndirməyə və…

Daha çox

Mövsümündən əvvəl çiyələk yeməyin nə kimi zərərləri var?

“Aprel-may ayları çiyələyin artıq bazarlarımızda piştaxtaları bəzədiyi vaxtdır. Mövsümündə yetişən çiyələk daha çox günəş şüası alaraq təbii şəkildə yetişir və pestisidlərə daha az ehtiyac duyulur. Bu səbəbdən həm vitamin baxımından zəngin, həm də dad baxımından təbii olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, mövsümdən kənar meyvələr əsasən ya istixanalarda süni şəraitdə, ya da uzaq ölkələrdən gətirilərək satılır: “Bu da bir neçə problem yarada bilir. Süni yetişmə prosesində daha çox kimyəvi maddələr istifadə oluna bilir. Uzaqdan gətirilən meyvələr yığılarkən tam yetişməmiş olur və bu…

Daha çox

Azərbaycanda “Mühəndis Soltan Kazımov” gəmisi suya salınıb

Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) sifarişi ilə inşa olunan “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb. SİA bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən xəbər verir. Məlumata əsasən, bu gəminin layihələndirilməsi “Damen Shipyards Gorinchem B.V.” (“damenshipyards”) şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilib. Gəminin inşası 100 % başa çatıb. Qalan sınaq işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Azərbaycanda ilk dəfə Bakı Gəmiqayırma Zavodunda inşa edilən dibdərinləşdirən gəminin ümumi uzunluğu 61.20 metr, gövdənin uzunluğu 49.30 metr, ümumi eni 10.50…

Daha çox

Dövlət Xidməti Astarada gənclər üçün tədbirlər keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Astara rayonunda tədbirlər keçirilib. Əvvəlcə Astara rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. SİA xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər. Daha sonra Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Astara rayon İcra Hakimiyyəti…

Daha çox

Naxçıvanda quş qripinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilib

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, aprelin 7-dən 11-dək muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklar, su anbarları, çay sahili zonaları və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin…

Daha çox

KOB-ların maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 7-ci qrant müsabiqəsini elan edib. SİA agentliyə istinadən xəbər verir ki, müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq elan olunub. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər…

Daha çox

“Zərifə Əliyeva sözün əsl mənasında Azərbaycan qadının simvoluna çevrilib”

“15 Aprel — Azərbaycan qadınının bariz siması, nümunəvi bir timsalı olan Zərifə xanım Əliyevanın növbəti anım günüdür. Biz Zərifə xanımı hər zaman böyük ehtiramla, sevgi ilə anırıq. O, sözün əsl mənasında həm sağlığında, həm də vəfatından sonra Azərbaycan qadınının simvoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Zərifə xanım nümunəvi davranışı, hərəkətləri, elmi fəaliyyəti, insanlara münasibəti, mərhəməti ilə çox fərqli bir qadın obrazı yarada bilmişdir: “Onun taleyinə, bəlkə də, dünya tarixində hər qadına nəsib olmayacaq qədər dəyərli bir bioqrafiya yazılıb. Bu da təsadüfi deyil. Zərifə…

Daha çox

Trans-Xəzər marşrutu üzrə daşınmaların həcmi 62 faiz artıb

2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşınmaların həcmi 62 faiz artaraq, 4,5 milyon ton təşkil edib. SİA “Akord”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin ölkə Prezidenti Kasım-Jomart Tokayevə təqdim etdiyi məruzəsində bildirilib. Marat Karabayev nazirliyin keçənilki fəaliyyətinin yekunlarına dair məlumat verərkən qeyd edib ki, Qazaxıstan aviaşirkətləri 14 milyon 700 min sərnişin daşımaqla 10 faiz, hava limanlarında 29 milyon 700 min insana xidmət edilməklə 14 faiz, dəmir yolu nəqliyyatı ilə isə 21 milyon sərnişin daşınmaqla 3,9 faiz artım qeydə alınıb. Bildirilib ki, Nəqliyyat Nazirliyi…

Daha çox