“Odlar Yurdu Sığorta Brokeri”nin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanı ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar aprelin 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv olunub.

Daha çox

Milli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib

Milli Məclisdə Azərbaycanın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda teatr sahəsində dava-dalaş səngimir: “Görün, sənət cameəmiz nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb yenidən ölkəyə dəvət etsinlər”.

Daha çox

“Amazon”un “Kuiper” internet peyklərinin ilk partiyasının buraxılışı uğursuz olub

27 “Amazon Project Kuiper” genişzolaqlı internet peyklərini daşıyan “United Launch Alliance” şirkətinin Atlas V raket daşıyıcısının buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. SİA CNBC telekanalına istinadla xəbər verir ki, buraxılışın Florida ştatındakı Kanaveral kosmodromunda keçirilməsi planlaşdırılırdı. Altı il əvvəl “Amazon” Yerin aşağı orbitində – Yer səthindən 2 min kilometr məsafədə internet peyklərindən ibarət öz qruplaşmasını yaratmaq planlarını təqdim etdi. Şirkət müxtəlif ölkələrin istifadəçilərinə, biznes və dövlət qurumlarına xüsusi terminallar vasitəsilə qoşulma təklif etməklə aşağı gecikmə ilə genişzolaqlı internetə çıxış xidməti göstərmək niyyətindədir. Mövcud məlumata görə, şirkət bu ilin sonunda…

Daha çox

“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək

“Azərsun Holdinq”in baş sponsorluğu ilə Bakıda, 2-4 May tarixlərində Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı təşkil olunacaq. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq. Bu ilki festival “Ənənədən Gerçəyə” şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir. Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik…

Daha çox

Energetika naziri Ucarda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Ucarda vətəndaşları qəbul edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, Ucar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, enerji verilişində fasilələr, mühafizə zonaları, keyfiyyət göstəriciləri, borc və cərimələr, naqillərin, dirəklərin və transformatorların istismar vəziyyəti, yeni transformatorun, elektrik və qaz sayğaclarının quraşdırılması, qaz təchizatı, işlə təminat, eləcə də təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ucar, Ağcəbədi, Zərdab, Kürdəmir,…

Daha çox

Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi

Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi. Amma bu zaman məlum oldu ki, sahibkarların da hüquqlarının müdafiəsi vacibdir. SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər, 70 insanla razılaşırlar, 1-2-si ilə razılaşa bilmədikdə problem yaranır: “Nəticədə tikinti başlamır. O zaman tikiləcək mənzillər də rentabelli olmur. Evin sahibi onu baha satmaq istəyir, amma qiymət reallığa uyğun olmalıdır. Beləliklə, optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara,…

Daha çox

Bu ölkədə məktəblilərə mobil telefon qadağan edildi

Fransanın təhsil naziri Elizabet Born gələn dərs ilindən kolleclərdə (orta məktəblərdə) təhsil alanlara bütün dərs günü ərzində mobil telefondan istifadənin qadağan ediləcəyini açıqlayıb. SİA xəbər verir ki, bununla bağlı ötən il təxminən 50 min uşağın təhsil aldığı 180 kollecdə eksperiment həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən uğurlu hesab edilən qadağa indi bütün ölkə ərazisində tətbiq olunacaq. Qanunun müddəalarına görə, tələbələr məktəbə mobil telefonla gələ biləcəklər, lakin onu kollecin girişindəki xüsusi şkaflarda saxlanmaq üçün təhvil verməlidirlər. Şagirdlər yalnız dərslər bitdikdən sonra telefonlarını götürə biləcəklər. Eyni zamanda, Milli Orta Məktəblər və Kolleclər İttifaqı…

Daha çox

Bahar Muradova Astarada vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 aprel 2025-ci il tarixində Astara rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Komitədən məlumat verilib. Bildirilib ki, qəbul zamanı Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, işlə təminolunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki,…

Daha çox

Milli Məclis Xanlar Vəliyevlə bağlı qərar verdi

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb. Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur. Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib. Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.

Daha çox

Trampın xüsusi nümayəndəsinin Rusiyada Putinlə görüşü gözlənilir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəsmi təmas üçün Rusiyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kreml Sarayının sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfər etdiyini bildirib. Peskov bildirib ki, Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşərsə, Kreml məlumat verəcək. Uçuş izləmə saytı Flightradar-ın məlumatına görə, Vitkoffun olduğu təyyarə səhər saat 10 radələrində Rusiyanın Sankt-Peterburq şəhərinə eniş edib. ABŞ-ın “Axios” xəbər saytı daha əvvəl müxtəlif mənbələrə əsaslanaraq Vitkoffun Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini bildirmişdi. Vitkoff və Putin martın 13-də…

Daha çox