Yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik: – Niyə müğənnilərimiz fonaqramaya maraq göstərir? Onlarda fonaqrama xəstəliyi nədən qaynaqlanır? – Fikirləşmirəm ki, bu, acınacaqlı haldır. Müasir musiqidə, sənətdə bu, normal haldır. Teatr kinoya çevrildi. Kino özü böyük bir fonaqrama deyil? Niyə, bu hal musiqidə olanda o dəqiqə qısqanclıqla yanaşırıq? Şeirimizin atası Füzuli deyirdi ki, aldanma şair sözünə, əlbəttə ki, yalandır. Yüksələn sənət özündə çox şirin yalanları ehtiva edir. Sənət harmoniyaya xidmət edir. Sənət insanlara enerji verir, həyatın şirinliyini onlara yeridir. Ona görə ki, insanlar harmonik cəmiyyətdə birgəyaşarlığı etsinlər. Yoxsa, hamımız…
Daha çoxDay: April 11, 2025
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 2 dollardan çox bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.05 ABŞ dolları və ya 3.2% artaraq 66,16 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,11 ABŞ dolları təşkil edib.
Daha çox38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir
Hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib. Onun sözlərinə görə, hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılıb: “Yaxın vaxtlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir. Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib. 2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılıb”.
Daha çoxTürkiyə və Ermənistan nümayəndələri Antalyada münasibətlərin normallaşmasını müzakirə ediblər
Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç Antalya Diplomatik Forumu çərçivəsində görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə R.Rubinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Diplomatik Forum çərçivəsində Sərdar Kılıçla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı yaxşı müzakirə keçirildi”, – o qeyd edib.
Daha çoxBakı metrosunda kompleks tədbirlərə başlanılıb
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb. SİA bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə…
Daha çoxParlament Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib
Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb. Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov…
Daha çox“Narkotiklə bağlı maarifləndirmə tədbirləri davamlı olmalıdır”
“Narkomaniya ilə mübarizə yalnız tək-tək keçirilən aksiyalarla məhdudlaşmamalı, davamlı və sistemli maarifləndirmə ilə müşayiət olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin rəhbəri Büllur Məmmədova deyib . O bildirib ki, bu problemə qarşı cəmiyyətin hər sahəsində – təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, sosial mediada və yerli icmalarda ardıcıl şəkildə maarifləndirmə aparılmalıdır: “Narkomaniya ilə mübarizə yalnız hüquqi çərçivədə deyil, həm də sosial və psixoloji səviyyədə aparılmalıdır. Xüsusilə, regionlarda həyata keçirilən layihələr gənclərə birbaşa təsir imkanına malikdir və bu səbəbdən belə təşəbbüslər daha geniş coğrafiyanı əhatə etməlidir”. “08–15 mart tarixlərində Vyanada BMT-nin…
Daha çoxVətəndaşların bank kartlarından 25 min manata yaxın kiber üsulla oğurlanıb
Vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15 650, 2 000 , 1 400, 1 020, 1 000, 999, 995, 680, 470,…
Daha çoxMM Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib
Milli Məclis Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını qəbul edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənədlər müzakirə olunub. Layihəyə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim…
Daha çoxABŞ-ın Ukraynadakı səfiri istefa verib
ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink istefa verib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü açıqlama yayıb. “O, üç ildir ki, orada səfir işləyir. Bu, müharibə zonası üçün uzun müddətdir”, – deyə bildirilir. Qeyd edək ki, Bridget Brink 2022-ci ilin mayından bu vəzifədir.
Daha çox