Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları…
Daha çoxDay: April 11, 2025
Energetika Nazirliyi I rübdə 40 icazə verib
Bu ilin birinci rübündə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib. Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib. Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Daha çoxMilli Məclis Vergi Məcəlləsində və digər 10 qanunda dəyişikliyi təsdiqləyib
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır. Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq…
Daha çoxYol polisi yaşı 10-dan yuxarı olan avtomobillərdə yoxlamaları gücləndirir…
Avtomobilləri on ildən artıq istifadədə olan sürücülər yol polisi əməkdaşlarının diqqətinə daha çox hazır olmalıdırlar. Nəzərdə tutulub ki, müfəttişlər bu avtomobillərin texniki vəziyyətini xüsusi diqqətlə yoxlayacaq, əyləc sisteminin və digər əsas komponentlərin işinə diqqət yetirəcəklər. SİA-nın məlumatına görə, Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi istismar müddəti on ildən artıq olan avtomobillərin texniki vəziyyətinə nəzarəti gücləndirəcəyini açıqlayıb. Mövcud məlumatlara əsasən, əyləclərin işləkliyinə, o cümlədən yastiqciqların və disklərin aşınma dərəcəsinin, işçi mayelərin sızmasının olub-olmamasının, sükan sisteminin işləməsinə və bütün işıqlandırma cihazlarının istismara yararlılığına xüsusi diqqət yetiriləcək. Sözügedən tədbirlərin gücləndirilməsi işlənmiş avtomobillərin iştirakı…
Daha çoxParlament Cinayət Məcəlləsindəki dəyişikliyi III oxunuşda təsdiqləyib
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Cinayət Məcəlləsindəki dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək…
Daha çoxAZAL və Moldova nümayəndə heyəti arasında görüş keçirilib
“Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova Respublikası nümayəndə heyəti arasında görüş baş tutub. SİA xəbər verir ki?görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək…
Daha çoxMM nisyə mal alıb satanları kredit bürosuna məlumat vermək öhdəliyindən azad edib
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Kredit büroları haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit bürosuna ümumiyyətlə məlumat təqdim etməyəcəklər. İndiyə qədər bu öhdəlik təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda var idi.
Daha çox2054-cü il təvəllüdlü Amerikalı işsizlik iddiası verir..?
…ABŞ Hökumətinin Səmərəliliyi Departamenti X sosial şəbəkəsində 41 min dollar məbləğində işsizlik müavinəti üçün müraciət edən 2154-cü il təvəllüdlü Amerika vətəndaşını müəyyən etdiyini bildirib. Bu “qəribə” işə əlavə olaraq, ABŞ Hökumətinin Səmərəliliyi Departamenti əməkdaşları müavinət almaq üçün müraciət edən 2040-cı il və ya daha sonra doğulmuş daha 9,7 min ABŞ vətəndaşı da tapıblar. SİA-nın məlumatına görə, bu ərizəçilərin gözlədiyi ümumi məbləğ 69 milyon dollar olub. Şöbənin mütəxəssisləri həmçinin yaşı 115-dən yuxarı olan şəxslərdən ümumi məbləği 59 milyon dollar olan 24,5 min müraciət aşkar ediblər. Bundan əlavə, bir yaşdan beş yaşa…
Daha çoxAzərbaycanda televiziyalara yeni tələb qoyuldu
Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir. SİA xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının…
Daha çoxNaxçıvanda Ailə Sağlamlıq Mərkəzi kompleksi tikiləcək
Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikintisinə hazırlıq gedir. SİA-nın məlumatına görə, muxtar respublikanın Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi bununla bağlı tender elan edib. Kompleks şəhərin Kazım Talıblı küçəsində inşa ediləcək. Tikinti işlərinə 13 milyon manata yaxın vəsait xərclənəcək.
Daha çox