Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 2.50% – 39,593.66 bəndədək, S&P 500 indeksi 3.46% – 5,268.05 bəndədək, Nasdaq indeksi isə 4.31% – 16,387.31 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 10-da FTSE 100 indeksi 3.04% – 7,913.25 bəndədək, Fransanın CAC-40 indeksi 3.83% – 7,126.02 bəndədək, Almaniyanın DAX indeksi 4.53% – 20,562.73 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.88% artaraq 1.1300 dollar təşkil edib.

Daha çox

İnsanlara nur bəxş edən böyük oftalmoloq alim

Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva çox zəngin və mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə…

Daha çox

Fransız jurnalist Makronu “cücəli ər” adlandırır…

Arvadının xəbəri olmadan bir addım da ata bilməz..? …Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitlə hər şeydə, hətta siyasi məsələlərdə də məsləhətləşir. SİA-nın məlumatına görə, bu barədə jurnalist Olivye Bomont “Yelisey sarayının faciəsi” kitabında yazıb. Köşə yazarı prezidentin özünü öz imicinə aludə olan və hər şeyə nəzarət etməyə çalışan bir insan kimi təsvir edib. …Bricit Makron prezidentə güclü təsir göstərir. Dolayı yolla da olsa. O, cəmiyyətdəki əhval-ruhiyyə də daxil olmaqla istənilən mövzuda onunla məsləhətləşir. O, həm də hökumətin bəzi üzvləri, xüsusən də mədəniyyət naziri Raçida Dati üçün…

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti 3 200 dolları ötüb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,64% artaraq 3 229,50 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1.63% artaraq 31,26ABŞ dollarına bərabər olub.

Daha çox

ABŞ-da helikopter qəzası olub

Nyu-Cersi ştatının Cersi-Siti şəhəri yaxınlığında “Bell 206” helikopteri Hudson çayına düşüb. SİA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 6 nəfər ölüb. “Cümə axşamı (10 aprel) günorta saatlarında helikopterin Hudzon çayına düşməsi nəticəsində 6 nəfər həlak olub. Helikopter görünür, havada parçalanıb və yerə çırpılıb. Çaya düşərkən helikopterdən uçan dağıntılar görünə bilərdi”, – nəşr yazır. Nyu-York meriyası helikopterin Aşağı Manhettendən havaya qalxdığını bildirib. Polisin məlumatına görə, təyyarədə üç böyük və üç uşaq olub. Bütün cəsədlər çıxarılıb.

Daha çox

Siyəzəndə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Siyəzəndə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq Bu gün Siyəzən rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Siyəzən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq “Siyəzən” yarımstansiyasında profilaktiki təmir işlərinin aparılması ilə əlaqədar aprelin 11-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Siyəzən şəhərinin bir hissəsi, Böyük Həmyə, Kiçik Həmyə və Ağbaş kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli…

Daha çox

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Cənubi Koreya Suriya ilə diplomatik əlaqələri bərpa edib

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ölkənin Suriya ilə diplomatik əlaqələri bərpa etdiyini açıqlayıb. SİA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bununla ölkənin Şimali Koreya istisna olmaqla BMT-nin bütün üzv dövlətləri ilə diplomatik əlaqələri təmin edilib. Nazirlik Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yolun apelin 9-da Suriyaya səfər edərək, ölkənin Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani ilə görüşdüyünü, ikitərəfli münasibətlərin inkişafını müzakirə etdiyini açıqlayıb. Koreyalı nazir iki ölkənin əməkdaşlığının Suriyanın inkişafına və regional sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib, ölkəsinin iqtisadi inkişaf təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Tərəflər…

Daha çox

Antalyada 140 ölkədən rəsmilər diplomatiyanın bərpasını müzakirə edəcəklər

Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə açılacaq. SİA xəbər verir ki, forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Bu forumun yüksək səviyyəli qonaqlarından biri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa olacaq. Onun sessiyalarda iştirakı və bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir. Tədbirdə iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici siyasət rəhbəri Sergey Lavrovla…

Daha çox

Elektrikli avtomobillərdə nasazlıqlar daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən az olur

Alman Avtomobil Klubunun (ADAC) açıqladığı statistika elektrikli avtomobillərin eyni yaşdakı daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə xeyli üstün nəticələr göstərdiyini ortaya çıxarıb. SİA “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, 2020–2022-ci illər arasında ilk dəfə qeydiyyatdan keçmiş hər 1000 elektrikli avtomobilə görə 4,2 nasazlıq qeydə alınıb. Eyni dövrdə daxiliyanma mühərrikli avtomobillərdə bu göstərici 10,4 olub. Bu nəticələr ADAC-ın əvvəlki müşahidələrini təsdiqləyir. Statistika elektrikli avtomobillərin üstünlüklərini bir daha ortaya qoyub. Ümumilikdə nasazlıqların sayı azalsa da, bu tendensiya üç yaşlı elektrikli avtomobillərdə daha sürətlə baş verir. ADAC bunu əsasən avtomobil istehsalçılarının öyrənmə prosesi nəticəsində ilk…

Daha çox