Qızıl rekord həddə bahalaşdı

“Comex” birjasında qızılın bir troy unsiyasının qiyməti aprelin 2-dən bəri ilk dəfə olaraq 3200 dollar həddini keçib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bakı vaxtı ilə saat 2:33-ə olan məlumata görə, 2025-ci ilin iyun ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti bir troy unsiyası üçün 3209,7 dollar (+2,17%) təşkil edib. Aprelin 3-də “Comex” birjasında qızılın qiymətinin yeni tarixi rekorda imza atdığı bildirilir. Aprelin 2-də keçirilən ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12% bahalaşaraq 1 troya unsiyası (31,1 qram) üçün 3201,6 dollara çatıb. Qızılın belə qiyməti tarixdə heç…

Daha çox

Bu gün yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu…

Daha çox

Yer kürəsində güclü maqnit qasırğası baş verib

Uzun müddətdir davam edən maqnit qasırğası Yer kürəsini hələ də tərk etmir. Alimlər proqnozlaşdırırlar ki, bu vəziyyət həftənin sonuna qədər davam edəcək. SİA xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin proqnozuna görə, geomaqnit qasırğasının pik nöqtəsi axşam saatlarında olub. Onun ümumi təsiri isə sutka ərzində hiss olunacaq. Geomaqnit qeyri-sabitliyi insanların sağlamlığına mənfi təsir göstərə bilər. Belə ki, baş ağrısı, təzyiqin dəyişməsi, başgicəllənmə, ürək döyüntülərinin artması və nəfəs almaqda çətinlik yarana bilər. Yuxu pozuntuları və təbii bioritmlərin dəyişməsi mümkündür ki, bu da yuxusuzluq, oynaqlarda ağrılar və narahatlıq yarada bilər. Mütəxəssislər xroniki…

Daha çox

Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər

Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər. SİA xəbər verir ki, bunu TASS-a Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib. “80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, – deyə diplomat bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər: “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”. Xatırladaq ki, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri…

Daha çox

Fransa ticarətdə qeyri-müəyyənlik səbəbindən bu il üçün ÜDM artımı proqnozunu endirib

Fransa hökuməti ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin mümkün nəticələrini qeyd edərək, 2025-ci il üçün iqtisadi göstəricilərin artım proqnozunu endirib. SİA TF1 telekanalına istinadla xəbər verir ki, maliyyə naziri Erik Lombar yerli telekanalın efirində müvafiq bəyanatla çıxış edib. Məlumdur ki, iki ay əvvəl Avropa dövlətinin parlamenti Fransanın ÜDM-nin 0,9 faiz artacağı proqnozuna əsaslanaraq, cari ilin milli büdcəsini qəbul edib. Lombar qeyd edib ki, Fransa hökuməti Vaşinqtonla ikitərəfli danışıqların gedişindən asılı olaraq ÜDM artımı proqnozunu yüksəldə və ya endirə bilər. “Qeyri-müəyyənliyi nəzərə alaraq artım proqnozumuzu 0,7 faizə endirmək qərarına gəldik”,…

Daha çox

Kiyevdə partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Obşçestvennoye” nəşri məlumat yayıb. …Müxbirlərimiz bildirir ki, Kiyevdə partlayış səsləri eşidilir, – nəşrin hesabatında deyilir. “Politika Strany” nəşri də şəhərdəki partlayışdan yazır. Onun sözlərinə görə, şəhər pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Bundan əvvəl Ukraynanın şimalındakı Sumı şəhərində partlayış səsləri eşidilib. Jurnalistlər partlayışın dəqiq harada baş verdiyini və itkilərin olub-olmadığını hələ dəqiqləşdirməyiblər. Yerli hakimiyyət orqanları da hadisə ilə bağlı şərh verməyib. Əli Babayev

Daha çox

Fransanın Lion şəhərində minlərlə iş yeri təhdid altındadır

Lion Ticarət Məhkəməsi Fransa və onun sənayesi üçün simvolik, həmçinin strateji xarakterli olan, eyni zamanda məcburi ləğv olunma təhlükəsi ilə üzləşən “Vencorex” kimya zavodunun gələcəyi ilə bağlı məsələyə baxacaq. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hakimlər Çin qrupunun qismən və ya işçilər tərəfindən kooperativ satın alınmasına qərar verməlidirlər. Bildirilir ki, Fransa kimya sənayesinin çətinliklərinin simvolu olan “Vencorex”in iflası ölkənin yüzlərlə birbaşa və dolayı işi, eləcə də strateji maraqlarını təhdid edir. Zavodun istehsal etdiyi duz nüvə silahlarının qarşısının alınması, raketlərin istehsalı üçün vacibdir. Zavodun iflası təxminən 300-ə yaxın işçinin (2024-cü…

Daha çox

ABŞ fond bazarı yenidən ucuzlaşmağa başlayıb

ABŞ-ın əsas fond indeksləri cümə axşamı sessiyasına aşağı düşüb. SİA xəbər verir ki, Reuters-in yazdığı kimi, Prezident Donald Trampın idxal tarifləri ilə bağlı mövqeyində bir neçə günlük enişdən sonra düzəliş elan etməsindən sonra dünənki yüksəliş, yeni enişlə müşayiət olunub. Dow Jones 1,66 faiz, S&P 500 2,12 faiz, Nasdaq isə 2,69 faiz ucuzlaşıb. Yazı hazırlanarkən bütün indekslər öz enişlərini sürətləndirmiş, müvafiq olaraq 2,11, 2,66 və 3,32 faizə enmişdir. Aprelin 9-u axşam saatlarında Tramp daha əvvəl elan etdiyi tədbirlərə cavab verməyən ölkələr üçün tarifləri 90 gün müddətinə 10 faiz səviyyəsində saxlamaq qərarını…

Daha çox

Komsomolsk-na-Amurda neft emalı zavodu yanır…

Rusiya Federasiyasının Xabarovsk vilayətində “Rosneft” neft emalı zavodunda irimiqyaslı yanğın baş verib. …Xabarovsk diyarının Komsomolsk-na-Amur şəhərindəki “Rosneft” neft emalı zavodunda güclü yanğın baş verib. SİA xəbər verir ki,”Ukrayna 365″in verdiyi məlumata görə, alov 50 m. hündürlükdə olan benzin istehsalı zavodunu bürüyüb. Yanğının sahəsi təxminən 300 m² olub. Yerli hakimiyyət orqanları fövqəladə vəziyyətin səbəbləri barədə susur. Rusiya mətbuatı yanğının söndürüldüyünü, tələfatın olmadığını yazır. Qeyd edək ki, bu neft emalı zavodu Ukrayna ilə sərhəddən təxminən 9 min km məsafədə yerləşir. Bu müəssisə ildə 8 milyon ton neft emal…

Daha çox

Azərbaycan hərbçiləri Moskvada 9 May paradında iştirak edəcəklər

Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər. SİA xəbər verir ki, bunu TASS agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev söyləyib. “80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, – deyə diplomat qeyd edib. Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər. “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”, – deyə Rəhman Mustafayev vurğulayıb.

Daha çox