Trampın xüsusi nümayəndəsinin Rusiyada Putinlə görüşü gözlənilir


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəsmi təmas üçün Rusiyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kreml Sarayının sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfər etdiyini bildirib.

Peskov bildirib ki, Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşərsə, Kreml məlumat verəcək. Uçuş izləmə saytı Flightradar-ın məlumatına görə, Vitkoffun olduğu təyyarə səhər saat 10 radələrində Rusiyanın Sankt-Peterburq şəhərinə eniş edib. ABŞ-ın “Axios” xəbər saytı daha əvvəl müxtəlif mənbələrə əsaslanaraq Vitkoffun Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini bildirmişdi. Vitkoff və Putin martın 13-də Moskvada görüşüblər.

Əgər ayın sonuna qədər Ukraynada atəşkəs əldə olunmasa, Tramp ya icra hakimiyyətindən istifadə etməklə, ya da Konqresdən yeni sanksiyalar qanunu qəbul etməyi xahiş etməklə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

Əlaqəli Xəbərlər