Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Daha çox

Almaniya ordusunun 100 min nəfər əlavə ehtiyat əsgərə ehtiyacı var

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) baş inspektoru Karsten Breuer ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə 100 min əlavə ehtiyat əsgərə ehtiyac olduğunu açıqlayıb. SİA xəbər verir ki, o, “Welt am Sonntag” nəşrinə müsahibəsində hazırda Bundesverin şəxsi heyətinin təxminən 182 min nəfərdən ibarət olduğunu bildirib. Qeyd edib ki, buna baxmayaraq, Almaniya NATO qarşısında götürdüyü öhdəliklər və Şərq cinahında artan təhlükəsizlik çağırışları fonunda 200 min aktiv əsgər olmaqla ümumilikdə 460 min nəfərlik hərbi potensiala ehtiyac duyur. Beləliklə, təxminən 260 min nəfərdən ibarət ehtiyat qüvvənin formalaşdırılması zərurəti yaranıb. General qeyd edib ki, ordu sıralarından son…

Daha çox

ANAMA nümayəndə heyəti BMT müşavirlərinin iclasında iştirak edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə rəsmi səfər edib. SİA xəbər verir ki, ANAMA-dan bildirilib ki, nümayəndə heyəti aprelin 9-11-də BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT müşavirlərinin 28-ci beynəlxalq iclasında iştirak edib. “Təhlükəsiz gələcək buradan başlayır” mövzusunda keçirilən beynəlxalq iclas çərçivəsində bir sıra plenar sessiya və yan tədbirlər təşkil edilib. Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli potensialın inkişafı: minalarla mübarizədə effektiv lokallaşdırma” mövzusunda plenar sessiyada panelçi qismində…

Daha çox

Dubayda “Ədalət, sevgi və qlobal sülh” zirvəsi başlayıb

Dubayda “Ədalət, sevgi və qlobal sülh” zirvəsi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə on iki Nobel Sülh Mükafatı laureatı, dövlət başçıları, yüksək vəzifəli rəsmilər, biznesmenlər və dini liderlər, tanınmış idmançılar və kino ulduzları qatılıb. SİA yerli mətbuata istinadla xəbər verir ki, zirvə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış üzrə naziri Şeyx Nəhyan bin Mübarək Al Nəhyanın himayəsi ilə keçirilir. Açılış mərasimində çıxış edən Federal Milli Şuranın üzvü Əli Raşid ən-Nuaymi sülhün sabitlik və inkişaf üçün əsas şərt olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Polşanın sabiq Prezidenti və Nobel laureatı…

Daha çox

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub. SİA xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs…

Daha çox

Lukaşenko Ukrayna münaqişəsinin səbəblərini açıqlayıb

Millətçilik və iqtisadi çöküş Ukraynada silahlı münaqişəyə səbəb oldu. SİA-nın məlumatına görə, BELTA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. …Ukraynada müharibə ərəfəsində baş verənləri xatırlayın – yoxsul insanlar və super varlı oliqarxlar: Onlara millətçilik və onun ifrat forması – faşizm verildi… Bunu Lukaşenko qeyd edib. Belarus lideri əlavə edib ki, Ukrayna münaqişəsi də “iqtisadiyyatın məhvinə” əsaslanır. O qeyd edib ki, tez-tez Ukraynada baş verənlər haqqında düşünür. Bundan əvvəl Lukaşenko Ukraynanın nə vaxtsa Avropa Birliyinə qəbul ediləcəyinə şübhə edirdi. Əli Babayev

Daha çox

“Azərbaycanın Qafqazda sabitliyin qorunmasındakı rolu çox böyükdür”

Azərbaycanın Qafqazda sabitliyin qorunmasındakı rolu çox böyükdür və biz Azərbaycanla olan çox yaxın dostluğumuzla fəxr edirik. Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycanın rəhbərliyi ilə çox gözəl münasibətlərimiz var. Prezident İlham Əliyev, eləcə də Azərbaycanın bütün yüksəkvəzifəli şəxslərinin Gürcüstana göstərdikləri güclü dəstəyə görə təşəkkür edirəm. Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, lakin biz bu əlaqələri daha da gücləndirməyə qərarlıyıq. SİA-nın məlumatına görə, bu fikirləri Antalyada açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze ifadə edib. Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinə toxunan…

Daha çox

Rada deputatı Zelenskiyə ABŞ siqnalını açıb…

..ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink-in istefası Vaşinqtonun prezident Vladimir Zelenski ilə əməkdaşlıq etmək istəmədiyini göstərir. SİA-nın məlumatına görə, bunu Teleqram kanalında dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski bildirib. …ABŞ-ın Ukraynadakı yeni səfiri prinsipcə münasibətlərin yenidən qurulmasıdır. Və onların Zelenskiyə mərc etmədiklərinə dair daha bir siqnaldır, əks halda Brinki tərk edərdilər, – siyasətçi qeyd edib. Dubinskinin sözlərinə görə, Amerikanın yeni səfiri Kiyevə qarşı “yeni siyasət həyata keçirmək üçün lazımdır. Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” qəzeti Brinkin ABŞ prezidenti Donald Trampın komandası tərəfindən…

Daha çox

Ceyhun Bayramov Abdulla Xəlil ilə görüşüb

Azərbaycan və Maldiv Respublikasının XİN rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə ediblər Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Prezidentinin ölkəmizə səfəri, ali və…

Daha çox