Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib.
Daha çoxDay: April 12, 2025
“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?
…Ukrayna hökumətinin keçmiş rəhbəri Anatoli Kinax bildirib ki, ukraynalılar onlara ədalətli davranan ölkə uğrunda mübarizə apardıqlarına inamlarını itiriblər. Bu səbəbdən onlar Ukrayna Silahlı Qüvvələrinə çağırışdan gizlənməyə başladılar. O, bildirib ki, hərbi komissarlıq işçiləri küçələrdə insanları heyvan kimi tuturlar. Hökumətdən məyus olmuş vətəndaşlar Kiyev uğrunda döyüşmək istəmirlər, bu da cəbhədə çətinliklərə səbəb olur. …Kınax əlavə edib ki, o, Baş Qərargah nümayəndələri ilə dəfələrlə danışıb. Zabitlər əmindirlər ki, ölkə rəhbərliyinin hərəkətləri hərbçilərin döyüş ruhunu itirməsinə səbəb olur. SİA xatırladır ki, politoloq Dizen Avropanın Rusiya ilə münaqişəsini davam etdirdiyini, lakin uduzduğunu bildirmişdi. …MDB-nin…
Daha çoxAbşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb
Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62×55 mm-lik mərmi, 2 ədəd 9×18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar…
Daha çoxAzərbaycan hər zaman Şimali Kiprin yanında olub
Azərbaycan hər zaman Şimali Kipr Türk Respublikasının yanında olub. SİA xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib. O bildirib ki, Prezident İlham Əliyev həm Türkiyə, həm də Şimali Kipr hökuməti ilə son dərəcə yaxşı münasibətləri müdafiə edən və bu istiqamətdə addımlar atan bir liderdir: “Bu səbəblə mən media vasitəsilə Azərbaycan Prezidentinə və xalqına təşəkkürlərimi bildirmək istəyirəm”.
Daha çoxVladimir Putinlə Stiven Uitkof arasında görüş keçirilib
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof arasında görüş Sankt-Peterburqda keçirilir. SİA xəbər verir ki, danışıqlar Sankt-Peterburqdakı Prezident Kitabxanasında aparılır. Rusiya dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Putinin Uitkofla artıq üçüncü görüşüdür. Bundan əvvəlki iki görüş Moskvada keçirilib. Danışıqlar bağlı qapılar arxasında keçirilir.
Daha çox“Ermənistanın bu təxribatlarının hər hansı nəticəsi olmayacaq”
“Ermənistanın tez-tez atəşkəsi pozması, mövqelərimizi atəşə tutması, şərti sərhəd istiqamətində istahkamlar qurması kimi təxribat xarakterli fəaliyyətin arxasında iki səbəb dayanır. Bunlardan birincisi, Ermənistanın diqqətləri yenidən özünə doğru yönəltmək cəhdi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Bayden hakimiyyəti dövründə ABŞ-la imzalanmış müttəfiqlik sənədindən irəli gələn dəstəklə bağlı Tramp administrasiyasının müvafiq addımlar atmaması, Avropadakı havadarların isə ABŞ-la münasibətlər fonunda ciddi problemlərinin olmaması səbəbilə Ermənistana əvvəlki qədər diqqət yetirməmələri Ermənistanı bu cür təxribatçı fəaliyyətə sövq edir: “Ermənistan hakimiyyəti düşünür ki, bu şəkildə təxribatlar törətmək və Azərbaycanın…
Daha çoxDuma gedənlərin əmlakına həbs qoyulması haqqında qanunu dəstəkləyib
…Rusiya Federasiyası Dövlət Dumasının Dövlət Quruculuğu Komitəsi ölkəni tərk etmiş rusiyalıların hərəkətlərinin dövlət maraqlarını pozduğu hesab edilərsə, onların məsuliyyətə cəlb edilməsinə imkan yaradan qanun layihəsini dəstəkləyib. SİA-nın məlumatına görə, Tatarıstan Dövlət Şurası və deputat Ayrat Fərraxovun təqdim etdiyi təşəbbüs mümkün cəriməyə qarşı təhlükəsizlik tədbiri kimi qondarma köçürülənlərin (2022-ci ildən sonra Rusiyanı tərk etmiş mühacirlərin-A.B.) əmlakına həbs qoyulmasını təklif edir. Fərraxov bildirib ki, ikinci oxunuşdan əvvəl hökumət, Ali Məhkəmə və Federasiya Şurasının iradları nəzərə alınmaqla qanun layihəsinə düzəlişlər ediləcək. Deyilənlərə görə, yekun baxış mayın 13-də plenar iclasda keçirilə bilər. Bundan əvvəl…
Daha çoxAprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür
Aprelin 12-si dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. SİA xəbər verir ki, bu günün tarixi əhəmiyyəti təkcə bir insanın Yer orbitinə çıxması ilə bağlı deyil, bütövlükdə insanlığın kosmosa ilk dəfə ayaq açdığı gündür. Məhz 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib. SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu…
Daha çoxİlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb – FOTOLAR
İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb – FOTOLAR
Daha çoxTunisdə saxlanılan 11 rusiyalı turist azadlığa buraxılıblar…
…Tunisdə 2024-cü ilin noyabrında terrorçuluqda şübhəli bilinərək saxlanılan 11 rusiyalı sərbəst buraxılıb. SİA xəbər verir ki, bu barədə “Afrika Təşəbbüsü” xəbər agentliyinin məlumat verib. Xatırladaq ki, Rusiya vətəndaşlarına qarşı ittihamlar aprelin 10-da aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin sübutu olmadığı üçün götürülüb. İş həmçinin antiterror idarəsindən Kasserine əyalətinin birinci instansiya məhkəməsinə verilib. …Qeyd edək ki, rusiyalı turistlər noyabrın əvvəlində Roma İmperiyasının abidələrini görmək üçün Əlcəzairlə sərhəd yaxınlığındakı Haydra kəndinə gedərkən onlarla əlaqə kəsilib. Sonradan məlum olub ki, turistlər saxlanılaraq pis şəraiti ilə tanınan Mornagia həbsxanasına yerləşdirilib. Saxlanılanların yaxınları və vəkilləri ölkədə…
Daha çox