Ceyhun Bayramov İvan Xil Pinto ilə görüşüb

Azərbaycan və Venesuela arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri…

Daha çox

ABŞ Trampın İrana güzəştə getməyə hazır olduğunu bildirir

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün ona güzəştə getməyə hazırdır. SİA-nın məlumatına görə, bu barədə Axios mənbələrə istinadən xəbər verir. …Tramp razılaşma əldə etmək üçün güzəştə getməyə hazırdır. Adı çəkilməyən amerikalı məmura istinadən yazan nəşr onu da qeyd edir ki, Omanda İranla danışıqlarda Amerika nümayəndə heyətinin məqsədi İran tərəfinin razılaşmaya hazır olub-olmadığını anlamaqdır. Aprelin 12-də Omanın vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında nüvə sazişi üzrə dolayı danışıqlar başlayıb. “Reuters”in məlumatına görə, görüşdə tərəflər İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlərin qarşılığında bəzi sanksiyaların yumşaldılmasını…

Daha çox

Yüzlərlə rus Taylandda ilişib qalıb

Hazırda 200-ə yaxın Rusiya vətəndaşı Pxuket hava limanında qalıb və Moskvaya uça bilməyəcəklər. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Bir neçə yüz Rusiya vətəndaşı təxminən on saatdır ki, Azur Air reysi ilə Tailanddan çıxa bilmir. ZF 2902 reysi 12 aprel şənbə günü, Moskva vaxtı ilə saat 8:50-də Rusiyaya uçmalı idi. Lakin insanlar hələ də təyyarəyə minə bilmirlər. Onların evə ancaq gecə saat 3:40-da uça biləcəkləri iddia edilir. Eyni zamanda, aviaşirkətin qaynar xətti hələ də məlumatları dəqiqləşdirmək üçün insanları səyahətlərini bron etdikləri turizm…

Daha çox

Unikal Əməkdaşlıq Modeli” adlı panel iclası keçirilir

Antalyada keçirilən IV Diplomatiya Forumunda “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panelə başlanıb. SİA xəbər verir ki, paneldə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sodyq S. Safoyev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevi, Qırğız Respublikası Xarici İşlər Nazirinin birinci müavini, prezidentin xüsusi nümayəndəsi Asein İsaev iştirak edir. Kapadokya Universitetinin rektoru Həsən Əli Karasarın moderatorluğu ilə keçirilən paneldə (TDT) bildirilib ki, Türk Dünyası üçün ticarət, enerji,…

Daha çox

Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb

Moskva “Lokomotiv”inin və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat yayıb. Mənbənin sözlərinə görə, keçmiş idmançı avtomobili sərxoş vəziyyətdə idarə edib. Sərnişin oturacağında olan qadının narahatlıq yaradaraq polis maşınının kapotuna çıxdığı qeyd edilir. Eyni zamanda, Əliyevin özü də İnstaqram səhifəsində onun ayıq olmadığı barədə məlumatı təkzib edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məşğul olmağı bacardığını deyib. Xatırladaq ki, ötən ilin avqustunda Əliyev rezonans doğuran bəyanatla çıxış edib. Oyunçu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc əhaliyə qarşı repressiyalar…

Daha çox

Azərbaycan və Ermənistan XİN başçıları arasında müzakirələr

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub. Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Daha çox

Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib

Aprelin 12-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, psixologiya sahəsində əlamətdar olan və tarixi əhəmiyyət daşıyan bu tədbir Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, ali təhsil müəssisələrinin psixologiya kafedraları, dövlət və özəl qurumlarda çalışan psixoloqların dəstəyi ilə ərsəyə gəlib. Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət…

Daha çox

Türkiyə və ABŞ ticarət əlaqələrinin koordinasiyası məsələlərini müzakirə edib

Ankarada Türkiyə-ABŞ ticarət əlaqələri üzrə birgə işçi qrupunun iclası keçirilib. SİA Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, ABŞ Prezident Administrasiyasının son qərarları fonunda iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq yollarının koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə Türkiyə nümayəndə heyətinə nazir müavini Mustafa Tuzcu rəhbərlik edib. Danışıqlarda dünya ticarətində proteksionizmin mənfi nəticələrinə qarşı mübarizəyə xüsusi diqqət yetiriblər. Türkiyənin Ticarət Nazirliyi ABŞ-la ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq məqsədi daşıyan Fəaliyyət Planının yenilənməsinin vacibliyini qeyd edib. Planlara Amerika bazarının tələbatının təhlilinin aparılması, ABŞ iqtisadiyyatının aparıcı sektorlarının nümayəndələri ilə əlaqə…

Daha çox

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Suriya Prezidenti Əhməd Əl-Şaraanın həyat yoldaşı Lətifə Əl-Durubi ilə görüşüb. SİA bu barədə “TRT Haber”ə istinadən xəbər verir. Birinci xanımlar arasında görüş Nest Konqres və Sərgi Mərkəzində keçirilib. Görüş zamanı Əl-Durubi və Əminə Ərdoğan Suriyada qadın və uşaqlar üçün mümkün birgə səyləri müzakirə ediblər. Bundan başqa onlar Afrika Mədəniyyət Evinin stendini ziyarət ediblər.

Daha çox

Səs siqnallarından əhalinin narazılıqlarını eşitməmək üçün necə istifadə etmək lazımdır?

Şəhərdə avtomobillərin səs siqnallarından düzgün istifadə etmək həm sürücülərin, həm də piyadaların rahatlığı və təhlükəsizliyi üçün vacibdir. Qanunvericiliyə görə, siqnal yalnız təhlükə zamanı istifadə olunmalıdır. Lakin reallıqda bir çox sürücü bu qaydalara əməl etmir və səs siqnalından lazım olmadıqda da istifadə edir. Bu isə şəhərdə səs-küyün artmasına və insanların narahat olmasına səbəb olur. Bəs görəsən, bu qaydalara əməl olunmamasının əsas səbəbi nədir və bu problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə bilər? SİA mövzu ilə bağlı reportaj hazırlayıb. Məsələ ilə bağlı Bakı şəhər Yol Polis idarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və…

Daha çox