Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.
Daha çoxDay: April 12, 2025
Rusiya və Türkiyə XİN başçıları görüş keçirirlər
Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidanın görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüşün əvvəlində nazirlər bir-birinin əlini sıxıblar. Daha əvvəl S.Lavrov Sudan və Venesueladan olan həmkarları və İraq Kürdüstanının prezidenti ilə görüşüb.
Daha çoxNigerdə fransız dilinin statusu dəyişdirilib
Niger hökuməti ölkənin rəsmi dili ilə bağlı sənədlərdə dəyişiklik edib. SİA xəbər verir ki, sonuncu – 2000-ci ildə qəbul edilmiş konstitusiyaya görə fransız dili dövlət dili, yerli dillər isə “milli dillər” statusuna malik idi. Konstitusiyanın 12-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qərar artıq “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib. Qərara əsasən hausa rəsmi dil elan edilib. Fransız dilinin statusu isə işçi dil səviyyəsinə endirilib. Sənədə görə digər 9 dil, o cümlədən ərəb dili “Nigerdə danışılan dillər” kateqoriyasına daxil olunub. Hausa Niger və qonşu ölkələrdə ən çox danışılan dildir. Ölkə əhalisinin…
Daha çoxVüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də saat 10:00-da Neftçala şəhərində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA quruma istinadən xəbər verir ki, qəbul Neftçala şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Azərişığ”ın Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. Qəbulda iştirak etmək istəyən şəxslər Neftçala Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Vətəndaşların diqqətinə çatıdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişığ”ın fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Daha çoxƏraqçi ABŞ ilə danışıqlar üçün Omana yola düşüb
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb. SİA xəbər verir ki, bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib. Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir. Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək. ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək. Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.
Daha çoxŞərur rayonunda Regional Fermer Təlim Mərkəzi istifadəyə verilib
Şərur rayonunda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu məqsədlə rayon icra hakimiyyətinin əməkdaşlarının və fermerlərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova kənd təsərrüfatının inkişafında fermerlərin mühüm rol oynadıqlarını bildirib. Vurğulayıb ki, bu səbəbdən onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır. Qeyd olunub…
Daha çoxErmənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
Ermənistanla kommunikasiyaların açılması təklifi erməni tərəfindən deyil, Azərbaycan tərəfindən irəli sürülüb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib.
Daha çoxErmənistan üç ölkəyə yeni səfirlər təyin edib
Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb. Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb. Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir. Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.
Daha çoxOğurluq və soyğunçuluq edənlər saxlanılıb
Bakı və Sumqayıt şəhərlərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra oğurluq və soyğunçuluq faktlarının üstü açılıb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb. Keçirilən tədbirlərlə həmin talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb. Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefon olan əşyasını soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub.…
Daha çoxTrampın xüsusi elçisi Ukrayna bölgüsü haqqında şayiələri təkzib etdi
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq “The Times” qəzetini Ukraynanın bölünməsi ilə bağlı sözlərini təhrif etməkdə günahlandırıb. SİA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. Nəşr öz məqalələrindən birində bildirmişdi ki, Kelloq Ukrayna münaqişəsinin həlli çərçivəsində ölkənin Avropa və Rusiya arasında nəzarət zonaları şəklində bölünməsi ehtimalını qəbul edib. Qəzetin məlumatına görə, o, nümunə olaraq İkinci Dünya müharibəsindən sonra Berlinin bölünməsini göstərib. “Times” nəşrinin məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləyəcək davamlılığı təmin edən qüvvələr haqqında danışırdım. Bölünmə müzakirələrində mən müttəfiq qüvvələrin (ABŞ…
Daha çox