“AŞPA prezidentinin həmin iddialarını rədd edirik”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik”. SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirib. “Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur.…

Daha çox

Bakıda Dünya Futvolley Federasiyasının Baş Assambleyasının açılışı olub

Bakıda Dünya Futvolley Federasiyasının (Footvolley Worldwide) ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub. SİA xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib. Sonra Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr futvolleydə daha çox uğura nail ola bilmək üçün dəstəklərini əsirgəməyəcəklərini bildirib, gələcək hədəflərdən bəhs ediblər. Ardınca qurumun il ərzində gördüyü işlər,…

Daha çox

Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. XİN-dən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub. Artıq 4-cü dəfədir təşkil olunan Antalya Diplomatiya Forumunun beynəlxalq münasibətlər sistemində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformalardan birinə çevrildiyi qeyd olunub. Xüsusilə, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemlər və qeyri-sabitliyə son qoyulmasında danışıqlar və diplomatiyanın əhəmiyyəti…

Daha çox

Pakistanda 5 maqnitudalı zəlzələ olub

Pakistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 85,4 min əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə, ocağı isə 39 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha çox

SDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub

Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurası və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə “Aviasiya və kosmonavtika: keçmiş, bu gün və gələcək” adlı elmi-maarifləndirici tədbir keçirilib. SİA xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, Sumqayıt Dövlət Universitetində keçirilən tədbirin əsas məqsədi kosmik tədqiqatların, aviasiya sahəsində əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılması, bu sahəyə marağın artırılması və elmin populyarlaşdırılmasıdır. Eyni zamanda, tələbələr və tədqiqatçılar üçün yeni elmi perspektivlər açmaq, onların bu istiqamətdəki…

Daha çox

Ordumuzun mövqeləri iki istiqamətdən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda…

Daha çox