…Böyük Britaniya 89 məhsul üzrə idxal rüsumlarını müvəqqəti olaraq qaldırıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
…Sənaye ilə işləyərək hökumət biznes üçün qiymətləri aşağı salmaq üçün bir sıra mallara idxal rüsumlarını dayandırmaq qərarına gəlib, – nəşr yazır.
Xüsusilə, meyvə şirələri, kokos yağı, makaron, ədviyyatlar, bağçılıq məhsullarının idxalından söhbət gedir.
Bu tədbirin 2027-ci ilin iyul ayına qədər qüvvədə olacağı bildirilir.
Onun bizneslərə ildə ən azı 17 milyon funt-sterlinqə qənaət edəcəyi təxmin edilir.
Aprelin əvvəlində ABŞ 185 ölkədən məhsullara idxal rüsumlarının artırılmasını təsdiqləyib.
Qərar Vaşinqtonun ən yaxın müttəfiqlərinə də təsir edib: Aİ, Kanada və Böyük Britaniya…
Amerikanın aqressiv ticarət və iqtisadi siyasətləri səbəbindən Avropanın tələb şoku ilə üzləşəcəyi proqnozlaşdırılır.
Əli Babayev