Güclü zəlzələ Myanmanı yenə silkələdi


Myanmada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əlaqəli Xəbərlər