Almaniya yeni kansleri seçəcək


Almaniyada Baş nazir seçkilərinin 2025-ci il mayın 6-da keçirilməsinin planlaşdırıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Federal Parlamentin Mətbuat Xidmətindən verilən açıqlamada, parlamentin sədri Julia Klöcknerin Almaniya kanslerinin seçilməsi üçün 6 may 2025-ci il çərşənbə axşamı günü keçiriləcək plenar iclası çağırmağa hazırlaşdığı bildirilib.

Bəyanatda qeyd olunub ki, seçkilərin keçirilməsi koalisiya sazişinin müvafiq partiyalar tərəfindən təsdiqlənməsi şərtidir. Federal Parlamentin yeni baş naziri seçməsindən sonra yeni kabinet üzvlərinin həmin gün keçiriləcək plenar iclasda and içəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər