Azərbaycan mayın 27-29-da Çinin Şanxay şəhərində keçiriləcək “İTB China 2025″ beynəlxalq turizm sərgisində iştirak edəcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
“ITB China” bu ölkənin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını, çinli alıcıları bir araya gətirərək, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir, dünya səviyyəli alıcıları və sərgi iştirakçılarını bir araya gətirərək, şəbəkələşmə, fikir mübadiləsi, çinli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün mükəmməl şərait yaradır, qlobal turizm sənayesində öz mövqeyini gücləndirmək istəyənlər üçün vacib platformadır.