Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri (Cənubi Qafqaz – red.) müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan səfiri “X”də yazıb.
“Bu gün Xorvatiyanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Mario Nobilo ilə görüşdüm. Biz Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, həmçinin cari regional hadisələr barədə səmərəli müzakirə apardıq”,- məlumatda qeyd olunub.