Naxçıvan şəhərindəki “İsmayıl Xan hamamı” bərpa ediləcək

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş satınalmaya əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer…

Daha çox

Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib. Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, eləcə də regional və beynəlxalq vəziyyət müzakirə olunub. İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı…

Daha çox

Avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar. Qeyd edək ki, marşrut…

Daha çox

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib

Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir. Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə – “Uçuşların qaydaları” və 6 nömrəli Əlavə –…

Daha çox

Moskvada kilsənin yaxınlığında partlayış baş verib

Moskvanın Zyablikovo rayonunda “Həyat verən üçlük” kilsəsinin yaxınlığında skuterdə partlayış baş verib. SİA-nın məlumatına görə, bu barədə “Moskva 24” telekanalı bildirib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Avtomobilin sahibi hadisə yerində olmayıb. Öz növbəsində, “Ehtiyatlı ol, Moskva” Telegram kanalı iddia edir ki, Orexovo-Borisovo rayonundakı “Həyat verən üçlük” Kilsəsinin yaxınlığında mühafizə kabinəsi alovlara qərq olub. Bundan əvvəl Moskvanın Nijnyaya Maslovka küçəsindəki yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat yayılmışdı. Hadisə nəticəsində evin şüşələri sınıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Hətta bundan əvvəl Moskva vilayətində kənd təsərrüfatı kompleksində partlayış…

Daha çox

“Azərbaycan–Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”

“Antalya Diplomatik Forumu ilk növbədə Azərbaycan–Türkiyə münasibətlərini dəyişən geosiyasi reallıqlara uyğun şəkildə yeniləmək, təzələmək və yenidən şəkilləndirmək baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan və Türkiyə rəhbərliyi bu forum çərçivəsində müxtəlif səviyyələrdə görüşlər keçirib, münasibətlərin ən aktual məsələlərinə yenidən nəzər yetiriblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının aparıcı və təşkilatçı qüvvələrindəndir. Aydındır ki, Antalya Forumunda iştirak edən ölkələrin mütləq əksəriyyəti türk dövlətləri tendensiyasına, eləcə də Azərbaycanın və Türkiyənin həyata keçirdiyi siyasətə müəyyən dərəcədə rəğbət bəsləyən ölkələrdir: “Bu baxımdan, Azərbaycanın və ümumilikdə türk…

Daha çox

Yenə Trampın tarifləri səbəbindən..?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitikləri ABŞ-ın idxal tarifləri ilə bağlı ticarət müharibələrinin artması fonunda qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını aşağı salıblar. SİA-nın məlumatına görə, bu barədə Bloomberg təşkilatın hesabatına istinadən xəbər verir. ABŞ və Çin arasında artan ticarət və iqtisadi qarşıdurma fonunda qlobal neft tələbində artım proqnozu aşağı salınıb. Ağ Evin rəhbəri Donald Tramp Çindən gətirilən məhsullara idxal rüsumlarını 145 faizə qaldıraraq, sonuncu üçün böyük məsuliyyət daşıyır. Vaşinqton və Pekin arasında ticarət müharibəsi, ekspertlərin gözlədiyi kimi, qlobal xammal istehlakının həcminə mənfi təsir göstərə bilər. Bu fonda…

Daha çox

Fəal gənc könüllülər maarifləndirmə işinə cəlb olunublar

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə piyadalar arasında yol hərəkəti qaydaları barədə məlumatlılığı artırmaq məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər davam etdirilir.Təbliğatın gücləndirilməsi məqsədi ilə Sumqayıt şəhəri üzrə fəal gənc könüllülər də maarifləndirmə işinə cəlb olunublar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İlkin mərhələdə tədbirlər maarifləndirici xarakter daşıyacaq və piyadalara yol hərəkəti qaydaları izah ediləcək. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tədbirlərin görülməsi planlaşdırılır. Sumqayıt şəhərində insanların intensiv hərəkət etdiyi küçə və prospektlərdə piyadaların vurulması ilə…

Daha çox

Kapital Bank 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub. 1 aprel 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib. Bankın 1 aprel 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 55 milyon manat olub. Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda…

Daha çox