…2025-ci ildə Avropa İttifaqı ölkələri Ukraynaya silah üçün 2024-cü ilə nisbətən daha çox vəsait ayırıb. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas TASS agentliyinə bildirib. …Avropa İttifaqı ölkələri artıq Ukraynaya 23 milyard avro ayırıb. Keçən il onlar 20 milyard avro ayırıblar, lakin ABŞ-la birlikdə bu, 40 milyard avroya qədər olub, – o deyib. Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağırıb. Bundan əvvəl Kallas bildirib ki, Avropa İttifaqı ölkələri artıq Kiyevə vəd edilən iki milyon artilleriya mərmisinin üçdə…
Daha çoxDay: April 14, 2025
Sabah Sulutəpə və Çiçək qəsəbələrində işıq olmayacaq
Sabah Bakının Binəqədi rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxErmənistandan konstitusiya baryeri
Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov iki ölkənin konstitusiyalarını tənqidi üzərindən fikir mübadiləsi aparıblar. Ermənistanın baş diplomat açıq şəkildə qonşularının öz Əsas Qanununa arxalanaraq ölkəsinin əhəmiyyətli bir hissəsini ələ keçirməyə cəhd edə biləcəyindən qorxduğunu dolayısı ilə təsdiq edib. Azərbaycanın XİN başçısı isə açıqlamasında əminliklə bildirib ki, Ermənistan Konstitusiyası sülh müqaviləsini dəyərdən salır. “Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi, konstitusiyasında isə bəyannamədə qeyd olunanlar öz əksini tapıb. Sülh sazişi bir çox məsələləri həll edir, lakin sülh müqaviləsində hansı beynəlxalq…
Daha çoxMilli Observatoriya ilə NDU arasında Memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir. SİA xəbər verir ki, Naxçıvan Dövlət Universitetində, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Universitetin rəhbər heyəti ilə görüş keçirilib. E.Səfərli Observatoriyanın institusional imkanlarının genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri və analitik tədqiqat mərkəzləri ilə aparılan səmərəli əməkdaşlıqdan bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində universitet məzunlarının işlə təmin olunma göstəriciləri araşdırılır, tələbə və məzunlar praktiki təcrübə proqramlarında iştirak edirlər. Naxçıvan…
Daha çoxAzərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib
Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir. Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə – “Uçuşların qaydaları” və 6 nömrəli Əlavə –…
Daha çoxAlmaniya yeni kansleri seçəcək
Almaniyada Baş nazir seçkilərinin 2025-ci il mayın 6-da keçirilməsinin planlaşdırıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Federal Parlamentin Mətbuat Xidmətindən verilən açıqlamada, parlamentin sədri Julia Klöcknerin Almaniya kanslerinin seçilməsi üçün 6 may 2025-ci il çərşənbə axşamı günü keçiriləcək plenar iclası çağırmağa hazırlaşdığı bildirilib. Bəyanatda qeyd olunub ki, seçkilərin keçirilməsi koalisiya sazişinin müvafiq partiyalar tərəfindən təsdiqlənməsi şərtidir. Federal Parlamentin yeni baş naziri seçməsindən sonra yeni kabinet üzvlərinin həmin gün keçiriləcək plenar iclasda and içəcəyi gözlənilir.
Daha çoxƏmlak Məsələləri Dövlət Xidmətinin “www.e-emlak.gov.az” portalı ləğv edilir
Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək. SİA quruma istinadən xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Daha çoxCəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Daha çox“Sərəncam Cəlilabad rayonun inkişafına mühüm bir töhfə vermiş olacaq”
“Ümumiyyətlə Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da çox ciddi irəliləyişlər olub. İstər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yol infrastrukturuna çox ciddi yatırımlar olub”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bu gün təkcə Cəlilabad rayonuna deyil, digər regionların iqtisadi inkişafı dövlət proqramı çərçivəsində baş tutan bir layihədir: “Bu layihənin əsas məqsədi regionların iqtisadi inkişafına təkan verə biləcək. Dövlətin əsas xüsusiyyəti cənub bölgəsini kənd təsərrüfatı məhsulları ilə təmin edən və…
Daha çox“Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”
Hazırkı geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər fonunda enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün bu prosesin fiskal dayanıqlılıq və valyuta bazarına mümkün təsirləri aktual suallardan biridir. SİA xəbər verir ki, mövzu ilə bağlı “Report”un suallarını cavablandıran iqtisadçı-professor Elşad Məmmədov neftin qiymətində baş verə biləcək enişlərin milli iqtisadiyyata, o cümlədən manatın məzənnəsinə təsir mexanizmlərini izah edib, Azərbaycanın mövcud risklərə qarşı hansı maliyyə və institusional imkanlara malik olduğunu dəyərləndirib. – Hazırkı geosiyasi və makroiqtisadi şəraitdə neft qiymətlərinin enməsi ölkə…
Daha çox