Bu şəxslərə təzyiq edilməsi qadağan olunub

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar…

Daha çox

Birinci rübdə Naftalana gələn turistlərin sayı açıqlanıb

Beynəlxalq turizm mərkəzi olan Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ilbəil artır. SİA-nın bölgə müxbiri xəbər verir ki, cari ilin birinci rübü ərzində şəhərə müalicə məqsədilə 6432 turist səfər edib. Buraya üz tutanlardan 2367 nəfəri xarici turistdir. Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhəri kimi dinamik dəyişən siması və xidmət potensialı ilə dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir. Qeyd edək ki, ötən il Naftalana 44 min 801 turist səfər edib. Onlardan 15 min 864 nəfəri 47 xarici ölkənin vətəndaşları olub.

Daha çox

Qızıl və onun qadınlara FAYDALARI

Estetikadan sağlamlığa, psixoloji təsirlərdən investisiyaya qədər qızılın qadınlar üçün niyə bu qədər dəyərli olduğunu ətraflı şəkildə araşdırırıq. Qadınlar üçün qızıl yalnız estetik bir aksesuar deyil eyni zamanda sağlamlığa, əhval-ruhiyyəyə və ümumi həyat keyfiyyətinə müsbət təsirləri olan dəyərli bir metal kimi tanınır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Qızılın qadınlar üçün estetik faydaları Qızıl, təbii rəngi və parıltısı ilə qadınlar üçün ən çox seçilən zinət əşyası materialıdır. Estetik baxımdan verdiyi bəzi üstünlüklər bunlardır: Təbii Parıltı və Rəng: Qızılın özünəməxsus rəngi dərini daha canlı və sağlam göstərir. Sarı qızıl bir çox qadın…

Daha çox

Nəsillərə nümunə olan ömür yolu

Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasının 40-cı ildönümüdür. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir.Zərifə…

Daha çox

“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir. SİA xəbər verir ki, bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”-dir. Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək. Müraciət etmək istəyənlərin CV-lərini 15 May tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri tələb olunur. Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir. Gələcək sənin əlindədir, bu yay sən də “GələcəkSƏN” ilə parlamaq üçün doğru yolda addımla!…

Daha çox

İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib. SİA xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edildi. Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı…

Daha çox

Qəzzada ölənlərin sayı 50 983 nəfərə çatıb

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 50 min 983, yaralıların sayı isə 116 min 274-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Qəzza zolağına hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyinin açıqladığı yeni hesabatda son 24 saat ərzində İsrailin hücumları nəticəsində 39 nəfər ölüb, 118 nəfər yaralanıb. Açıqlamada son hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir nəfərin cansız bədəninin dağıntılar altından çıxarıldığı bildirilib. Nazirliyin açıqlamasında, İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 1613 nəfərə, yaralıların sayının isə 4233 nəfərə…

Daha çox

Azərbaycanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı nazir nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti”nin IV bölməsində qeyd olunan mallarla yanaşı kosmik fəzaya, kosmik obyektlərə hər hansı siqnal, səs və ya təsvir ötürən əşyalar da bu siyahıya əlavə edilib. Bundan başqa, qəza yerini göstərən – peyk radiomayak stansiyası bu nomenklaturadan çıxarılıb. Nazirlik Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Daha çox

“Atəşkəsin pozulması halları son zamanlar daha da intensivləşib”

“Ermənistan tərəfindən atəşkəsin pozulması halları son zamanlar daha da intensivləşib. Bu təxribatlar erməni rəsmilərinin müxtəlif beynəlxalq platformalarda “artıq sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayıb, yalnız müqaviləni bağlamaq üçün yer və vaxt müəyyənləşməlidir” kimi aldadıcı bəyanatları fonunda baş verir”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib. Aqil Camal sözlərinə belə davam edib: “Eyni zamanda, sülh müqaviləsindən danışan Ermənistan sürətlə silahlanmanı, Azərbaycanla üzbəüz mövqelərdə istehkamlar tikərək, hərbi texnika cəmləyərək yeni təxribatlara hazırlıq görür. Bu günlərdə isə məlumdur ki, İranla Ermənistan Azərbaycan yaxın ərazidə birgə hərbi…

Daha çox