PIA Lahordan Bakıya birbaşa reysləri bərpa edir

“Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək. Bu barədə SİA aviadaşıyıcıya istinadən xəbər verir. Məlumata görə, uçuşlar həftədə iki dəfə – bazar və çərşənbə günləri həyata keçiriləcək. Təyyarə Lahordan yerli vaxtla saat 11:50-də qalxacaq, Bakıya isə yerli vaxtla 15:30-da enəcək. Uçuş müddəti 4 saat 40 dəqiqə təşkil edəcək. Yeni marşrutun Pakistan və Azərbaycan arasında ikitərəfli turizmin, eləcə də ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi gözlənilir. Bu ayın əvvəlində PIA Kəraçidən Bakıya birbaşa reyslərin açıldığını elan edib.

Daha çox

Qismətimizi dəyişə bilərik?

““Qismət” anlayışı cəmiyyətdə çox geniş yayılıb. Bəzən insanlar həyatlarında baş verən hər şeyi qismətə bağlayır, sanki öz seçimlərinin, qərarlarının heç bir rolu yoxmuş kimi davranırlar. Bəs əslində qismət nədir? Qismət dəyişə bilərmi?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Psixoloji baxımdan qismət – insanın həyatında baş verən hadisələrin öz iradəsindən asılı olmadan formalaşdığına inanmasıdır. Bu, bəzi hallarda insanlara təsəlli versə də, əgər insan hər şeyi yalnız “qismət belə imiş” deyərək qəbul edirsə, bu onun passivləşməsinə, məsuliyyətdən qaçmasına və dəyişmək üçün addım atmamasına səbəb…

Daha çox

İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib. Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək. Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (“Net Zero Emissions”) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq. S. Rzayev qeyd edib ki, AZAL-ın dəstəyi ilə baş tutacaq bu mötəbər forumda 50-dən çox ölkənin nümayəndəsi, 60-dan çox…

Daha çox

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib. Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb. “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – o qeyd edib. Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı [email protected] ünvanına elektron məktub göndərilə…

Daha çox

İctimai yerlərdə etik davranış qaydaları necə olmalıdır?

Cəmiyyətdə bir insanın sadəcə özünü deyil, digərlərini də düşünməsi kimi bəzi normalar vardır. İctimai nəqliyyatdan tutmuş teatr və restoranlara qədər bir çox ictimai yerlərdə bir sıra qaydalar davranışlarımızı müəyyən edir. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək qeyri-etik davranış qaydalarıdır. SİA şəhər sakinlərindən ictimai yerlərdə özünü apara bilməyən insanlara necə münasibət göstərdikləri ilə bağlı sorğu keçirib. Şəhər sakini Nərmin Məmmədli: “Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsiyəm. Fikrimcə, ictimai ərazilərdə insanları narahat edəcək…

Daha çox

Türk birliyi dağıdıcı müxalifəti narahat edir

Hər zaman belə olub, xalqın, dövlətin maraqlarından pafoslu danışanlar, uca səslə bağıranlar, reallıqda boşboğazlardan bir şey olmadıqları üzə çıxır. Məlum olur ki, əslində sözdə milli mənafeyindən danışanlar əməli fəaliyyətlərində dövlət maraqlarına qarşıdılar. Uzağa getmədən Azərbaycanın dağıdıcı müxalifətinin fəaliyyətinə nəzər yetirilsə, hər şey gün kimi aydın olar. O mənada ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri daim Turan birliyindən və digərləri daim uzaq hədəf, maraqlara hesablanan populist fikirlərlə çıxışlar etsələr də, reallıqda Avropanın və ABŞ-ın maraqlarına xidmət ediblər. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da mövcuddur. Ona görə də, Əli Kərimli,…

Daha çox

Ermənistan sərhədində itkin düşən gəncin cansız meyiti tapılıb

Türkiyənin İğdır şəhərində sərhəddə itkin düşən gəncin cansız cəsədi Araz çayında tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində olan və ondan heç bir xəbər ala bilməyən İsmayıl Adirin dostları vəziyyəti jandarmaya xəbər verib. Bölgəyə gələn jandarma və təcili tibbi yardım qrupları Adirin tapılması üçün əməliyyat başladıb. Sərhəd xəttindən keçən Araz çayına düşdüyü şübhəli bilinən Adirin tapılması üçün çayda və ətrafında axtarış aparılıb. Yağış səbəbindən çay axınının çox olması qrupların işini çətinləşdirib. Dalğıc qrupları sonradan çayda Adirin cəsədini tapıblar.

Daha çox

Subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəraiti ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qabaqlayıcı tədbirlər görəcək. Bu barədə SİA-ya xidmətdən məlumat verilib. Bildrilib ki, intensiv yağıntılar zamanı yarana biləcək problemlərin qarşısının alınması istiqamətində müvafiq işlər aparılır. “Belə ki, hazırda həm yağış, həm də tullantı sularının şəbəkələr vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, kanalizasiya nasos stansiyaları da təftiş olunur və oradakı mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Yağıntılı…

Daha çox

Baş prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. SİA xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub. Baş prokuror çıxışında həmçinin azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Kamran…

Daha çox

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 18-də saat 09:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyənlər Tovuz DAİM-ə (070 215 14 21) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Daha çox