Nazirlər Kabineti “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya, habelə Konvensiyaya 1 nömrəli Əlavə – “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir. Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir: – həvəskar pilot; –…
Daha çoxDay: April 14, 2025
Nazir mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Azərbaycanın BMT-yə üzv olmasından bəri təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkənin BMT-nin fəaliyyətində aktiv iştirakı, təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib. Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin…
Daha çoxAzərbaycanda növbəti torpaq hərracı elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 14-də növbəti dəfə torpaq hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Neftçala, Saatlı, Sabirabad, Tovuz, Xaçmaz, Şabran, Füzuli, Cəlilabad, Masallı, Şamazı və Zaqatalada yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Daha çoxAzərbaycanda qanunsuz yaşayan və işləyən əcnəbilərin sayı
Bu ilin birinci rübündə 1954 əcnəbinin ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu dövrdə aparılmış araşdırmalar zamanı beş halda əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri, gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyənləşdirilib. Həmin hallar üzrə toplanmış…
Daha çox“Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü olub. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda…
Daha çoxAvropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib
Ağdam, Cəbrayıl rayonlarında 6-7 apreldə mina partlayışlarının baş verməsindən sonra Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib. SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Avropadakı Azərbaycan diasporu BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France…
Daha çoxBraziliyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib
Braziliyanın sabiq prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib. SİA xəbər veirir ki, bu barədə G1 portalı məlumat yayıb. Səhhətində yaranan problemlər səbəbindən o bağırsağından əməliyyatı keçirib. Onun vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Aprelin 11-də Braziliyanın keçmiş prezidenti Rio Qrande bələdiyyəsində keçirilən tədbirdə özünü pis hiss edib.
Daha çox“Geyim yalnız fiziki ehtiyacları ödəyən bir vasitə deyil”
“Rənglər həyatımızın ayrılmaz bir hissəsidir və onlar təkcə ətraf mühitimizi deyil, həm də daxili dünyamızı formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, rənglər əhval-ruhiyyəmizə, davranışımıza və ümumilikdə psixologiyamıza əhəmiyyətli dərəcədə təsir edir: “Geyimlərimizdə seçdiyimiz rənglər isə həm özümüz haqqında mesaj verir, həm də ətrafımızla olan münasibətlərimizə təsir göstərir. Geyim yalnız fiziki ehtiyacları ödəyən bir vasitə deyil, eyni zamanda şəxsiyyətin, əxlaqın və estetik zövqün göstəricisidir. Geyimlərdə rəng seçimi təkcə şəxsi zövqlə məhdudlaşmır. Rənglərin seçimi insanın ruh halını, özünü necə hiss etdiyini…
Daha çoxAqroparklarla bağlı səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verilib
Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib. Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 21 dekabr 2021-ci il fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi bu fərmandan irəli…
Daha çoxSəfərbərlik Xidmətinin təltif olunan hərbçilərinə medallar təqdim edilib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə…
Daha çox