Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib


Miqrant uşaqların sayına görə lider mövqeləri Moskva vilayəti, Moskva, Sankt-Peterburq və Sverdlovsk vilayəti tutur.

SİA xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

…Aprelin əvvəlindən rus dilini yetərincə bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu məhdudlaşdıran qanun qüvvəyə minib.

Dil biliklərinin yoxlanılması birbaşa məktəblərdə aparılacaq. Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsov daha əvvəl TASS-a bildirib ki, yeni qanunun tətbiqi ilə bağlı heç bir problem yoxdur.

…İndi rus dilini bilməyən və ya zəif danışan miqrantların övladlarına rus dilinin öyrədilməsi üçün Rusiyanın regionları belə uşaqların ən çox cəmləşdiyi qurumların təcrübəsini mənimsəyir: Moskva vilayəti (44 422 nəfər), Moskva (25 963 nəfər), Sankt-Peterburq (19 622 nəfər), Sverdlovsk vilayətinin mətbuat xidməti (9, 60 nəfər),

…TASS-ın məlumatına görə, hazırda Moskvada 6, Moskva vilayətində və Sankt-Peterburqda 18 sınaq məntəqəsi var. Sverdlovsk vilayətində isə test imtahanı 45-dən çox təhsil müəssisəsində aparılır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər