Silahlıların Darfura hücumu nəticəsində 450 nəfərdən çox insan öldürülüb


Üsyançı Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində Zəmzəm və Əbu Şuk məcburi köçkün düşərgələrinə 4 gün davam edən hücumu nəticəsində 450 insan həyatını itirib. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, hücum nəticəsində “Relief” beynəlxalq yardım təşkilatının Zəmzəm düşərgəsində yerləşən ofisinin 9 əməkdaşı da ölüb.

Mərkəzi hakimiyyəti dəstəkləyən Sudan Azadlıq Ordusu açıqlamasında bildirib ki, hücum on minlərlə insanın piyada olaraq əl-Faşer şəhərinə köçməsinə səbəb olub. Şəhərdəki evlər bu qədər insanı qarşılaya bilmədiyi üçün onlar sığınacaqlara, məktəblərə yerləşdirilib, bir çoxu isə açıq havada qalıblar. Onlar içməli su, yemək və dərman çatışmazlığı ilə üzləşirlər.

Əlaqəli Xəbərlər