Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.
SİA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, Suriyanın keçid hökuməti Moskvada səfir dəyişikliyinə can atır.
Sonradan bildirilib ki, Cəfəri Dəməşqə geri çağırılması və respublikanın diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi barədə bildiriş alıb.
…Və Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib.
Bunu TASS-dakı mənbə bildirib.
Əli Babayev