Tacikistanda növbəti zəlzələ baş verib


Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Tacikistanda son 24 saat ərzində dördüncü zəlzələ baş verib. Sonuncu yeraltı təkanların 5 bal gücündə episentri UTC vaxtı ilə saat 19:34-də (Moskva vaxtı ilə 17:34) Rəştdən 24 kilometr şimal-şərqdə yerləşib.

SİA xəbər verir ki, TASS-ın Tacikistanın Fövqəladə Hallar Komitəsinə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində Rəşt bölgəsində 17 yaşayış binası qismən dağılıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Ötən gün ölkədə daha üç seysmik hadisə baş verib. Saat 10:06-da (Moskva vaxtı ilə 08:06) 4,2 bal gücündə, 12:14-də (Moskva vaxtı ilə 10:14) 4,7 bal gücündə, 4:21-də (Moskva vaxtı ilə 02:21) ən güclüsü 5,9 bal gücündə zəlzələ qeydə alınıb. İlk təkanların mənbəyi 10 km dərinlikdə olub.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər