“Son üç il ərzində mənzil bazarında nəzərəçarpacaq dərəcədə qiymət artımları qeydə alınıb”

“Hazırda ölkədə Qiymətləndiricilər Palatasından qeydiyyatdan keçmiş 73 qiymətləndirmə şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksəriyyəti daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşıb. Nəticə etibarilə, həm Palata, həm də bu sahədə fəaliyyət göstərən qiymətləndirmə şirkətləri mənzil bazarında 2021-ci ildən etibarən müşahidə olunan dəyişiklikləri yaxından izləyir, risklərin idarə olunması məqsədilə proqnozlar hazırlayır və bazar təhlilləri aparırlar”. Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, son üç il ərzində mənzil bazarında hər il nəzərəçarpacaq dərəcədə qiymət artımları qeydə alınıb: “Müxtəlif ərazilər üzrə bu artım 27%-dən 42%-ə qədər dəyişib. 2024-cü ildə isə…

Daha çox

Bu il ASCO-nun gəmi-bərələri ilə 6 000-nə yaxın sərnişin daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2025-ci ilin ilk rübündə 5 882 sərnişin daşınıb. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü üzrə daşınan sərnişinlərn sayı ilə müqayisədə 290 nəfər və ya 4,7 % azdır. Qeyd edək ki, 2024-cü ilin ilk üç ayında ASCO-nun bərələri ilə 6 172 sərnişin daşınıb. Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Ələt-Kurık, Kurık-Ələt limanları arasında ümumilikdə 4 456 sərnişin daşınıb. Sərnişinlərin 2 559-u Ələt-Kurık, 1 897-si isə Kurık-Ələt istiqamətində səfər edib. Eyni dövr ərzində Ələt-Türkmənbaşı, Türkmənbaşı-Ələt limanları…

Daha çox

Sakit inqilab” adlı beynəlxalq konfrans…

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Konfransda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından siyasətçilər və fəallar, BMT-dəki bir sıra daimi nümayəndəliklərin təmsilçiləri, ECOSOC statuslu QHT nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər. Tədbir çərçivəsində “İctimai yaddaş, silinmə və Afrikaəsilli yerli xalqların müqaviməti” və “Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası”…

Daha çox

İmişlidən olan sahibkarların təklifləri dinlənilib

İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüş keçirilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələrində fəaliyyət göstərən 120-dən çox sahibkarın iştirak etdiyi tədbirdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı…

Daha çox

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam…

Daha çox

London yaxınlığında müsəlman qəbiristanlığı dağıdılıb…

…Britaniyanın London yaxınlığındakı Uotford qəsəbəsində islamofobik qırğın zamanı onlarla məzar, o cümlədən uşaqların məzarları təhqir edilib. Yerli polisin məlumatına görə, 85 qəbir vandallar tərəfindən zədələnib. SİA-nın məlumatına görə,bu barədə “Arab News” xəbər verir. İstintaq başlayıb, lakin hadisə ilə bağlı həbs olunan olmayıb. Brent Borough Şurasının rəhbəri Muhammad Butt ictimaiyyəti cinayətlə bağlı hər hansı məlumatı ortaya qoymağa çağırıb. O, qəbiristanlıqda dəfn olunanların ailələrinə dəstək olduğunu bildirib. …Onların indi özlərini necə hiss etdiklərini təsəvvür edə bilmirəm. Məhz müsəlmanların məzarları murdarlanıb, bu o deməkdir ki, bu hadisə dini nifrət zəminində törədilmiş cinayət kimi…

Daha çox

Daxili çaylarda sululuq artıb

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37, Köndələnçayda 10, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 santimetr artım qeydə alınıb.

Daha çox

Energetika Nazirliyinə I rübdə 2 mindən çox müraciət daxil olub

Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2 085 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1 708-i isə icra xarakterli olub. Bunlardan 1 440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib. Hesabat dövründə Nazirliyin Aparatının və…

Daha çox

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub. SİA xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə – 1969-cu ildən 2003-cü…

Daha çox

Kia ilin sonuna kimi Rusiyada 50 min avtomobil satmağı planlaşdırır

…Cənubi Koreyanın Kia şirkəti Rusiya bazarına qayıtmaq imkanını nəzərdən keçirir. 2030-cu ilə qədər yenilənmiş strategiyasında şirkət bu ilin sonuna qədər 50 000 avtomobili hədəf qoyaraq Rusiyada satışları da daxil edib. SİA-nın məlumatına görə, qərar şirkət strategiyasını 2025-ci ildə baş tutan CEO İnvestor Günündə təqdim etdikdən sonra qəbul edilib və burada 2030-cu ilə qədər ümumi satış hədəfini 4,19 milyon avtomobil elan edib. Şimali Amerika, Avropa, Koreya və Hindistan kimi əsas bazarlara əlavə olaraq, sənəddə gözlənilmədən keçən il planlardan kənarlaşdırılan Rusiya da yer alıb. Mütəxəssislər Rusiya bazarının Kia-nın strategiyasına qayıtmasını geosiyasi detensiya…

Daha çox