Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 2 milyard manata yaxınlaşıb


Bu il yanvarın 1-nə Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 1 milyard 915 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 20 % çoxdur.

Sənədə əsasən, müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 26 % artaraq 1 milyard 637 milyon manata çatıb.

Bundan başqa, portfel idarəetməsi 233 milyon manat, marja ticarət xidməti isə 45 milyon manat olub ki, bunlar da illik müqayisədə müvafiq olaraq 6 % və 6,3 % azdır.

Əlaqəli Xəbərlər