Bir çox hallarda cəmiyyət Ali Qurumların fəaliyyətini qavramır


“Bu gün təqdim olunan məlumatlar, verilən təqdimatlar Hesabat Palatasının fəaliyyəti haqqında bizdə geniş təsəvvür yaradır”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu gün dünyada baş verən siyasi qeyri-müəyyənlik, mürəkkəb sosial bərabərsizlik cəmiyyətdə sosial inkişafa mənfi rol oynayır: “Bir çox hallarda cəmiyyət Ali Qurumların fəaliyyətini elə də qavramır yaxud da tam başa düşmür. Bu baxımdan Palatanın bu gün keçirdiyi hesabatda Milli Məclisə olan münasibətləri, xüsusən də İqtisadiyyat, siyasət komitəsinin geniş ictimaiyyətə və jurnalistlərə açıq olması, həmçinin məlumatların geniş verilməsi, məhz Palataya olan etimadın yaranması baxımından ciddi məsələdir.

İkinci məsələ olaraq qeyd etmək istəyirəm ki, qeyri-müəyyənlıik sahəsində hökümət məcburdur ki, kifayət qədər mürəkkəb iqtisadi-siyasət yürütsün. Bu baxımdan hökümətin bu mürəkkəb siyasətini təhlil etmək üçün biz ciddi iqtisadi-siyasi imkanlara malik olmalıyıq. Bu cəhətdən hesabatda təqdim edilən işləri xüsusi təhlil etmək lazımdır”.

Əlaqəli Xəbərlər