“Biz də onları yediyimiz zaman toksinləri bədənimizə alırıq”

“Mövsümü olmayan qidaların bir dietoloq kimi tərəfdarı deyiləm”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, səbəb odur ki, mövsümündə olmayan qidaların əksəriyyətinə mütləq müdaxilə olmalıdır, onlar xüsusi istixanalarda yetişməlidir: “İstixanalarda yetişməkdən əlavə onların tərkibində istifadə olunan suyun tərkibinə belə müxtəlif qatqılar qarışdırılır ki, onların qidalanma payı artsın. Eyni torpaqdan mütəmadi olaraq hər hansı bir şey əkildiyi zaman orada vitamin və mineraldan söhbət gedə bilməz. Torpağın mineral səviyyəsi getdikcə aşağı düşür. Mineral səviyyəsi aşağı düşdüyü üçün də onlar sintetik minerallardan, vitaminlərdən istifadə edirlər. İstər-istəməz sintetik formada əldə…

Daha çox

“Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb”

Hesablama Palatası 2024-cü ildə həyata keçirdiyi audit tədbirləri zamanı dövlət büdcəsinin gəlir və xərcləri, dövlət borcu və təminatları, eləcə də dövlət fondlarının idarə olunması sahələrində ciddi uyğunsuzluqlar aşkar edib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib. “Dövlət büdcəsinin gəlirləri üzrə aparılmış təhlillər zamanı müxtəlif növ pozuntular qeydə alınıb. Buraya düzgün hesablanmayan vergilər, malların dəyərinin yanlış göstərilməsi, büdcədənkənar gəlirlərin azaldılması və dövlət əmlakından əldə edilən vəsaitlərin büdcəyə…

Daha çox

Bir sıra məhkəmələrə hakimlər təyin edilib

Bir sıra məhkəmələrə hakimlər təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncamla apellyasiya instansiyası məhkəmələri üzrə: – Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin; – Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin; – Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; – Elçin Məhəmməd oğlu…

Daha çox

“ƏMAS”-da daha bir yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) daha bir yeni funksionallıq istifadəyə verilib. SİA xəbər verir ki, belə ki, yeniliyə əsasən, işəgötürənlər iş yerlərində həyata keçirdikləri attestasiyanın nəticələrinə dair sənədlərin surətlərini Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməklə yanaşı, həmin sənədlərdə qeyd edilmiş məlumatları ƏMAS-da “Rəsmi yazışmalar” bölməsindəki “İş yerlərinin zərərliliyinin attestasiyası” alt bölməsinə daxil edə bilərlər. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən işəgötürənlər müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək…

Daha çox

AMB ölkə iqtisadiyyatı ilə bağlı pessimist ssenarisini açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ölkə iqtisadiyyatı ilə bağlı pessimist ssenarisi uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə qurumun “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanıb və rəsmi proqnoz hesab edilmir. “Ən sərt ssenaridə “Brent” markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma…

Daha çox

Azərbaycanda təkrarsığorta bazarı 16 % böyüyüb

2024-cü ildə Azərbaycanda təkrarsığorta haqları 2023-cü illə müqayisədə 16 % (21 milyon manat) artaraq 154 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, təkrarsığorta haqlarının (TSH) ümumi sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır: “Ötən il bu göstərici 11 % olub. Təkrarsığorta haqlarının 3 %-i (5 milyon manat) həyat sığortası siniflərinin, 97 %-i isə (149 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşüb. Həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığortası…

Daha çox

Bəşəriyyət erməni vəhşiliyindən sarsılıb

Tarixin müxtəlif dövrlərində vəhşi toplumlar, imperalist dövlətlər olub və onlar başqa xalqların ərazilərini işğal edib, kütləvi qətliamlar törədib, miqyaslı dəhşətlər yaradan dağıntılar törədiblər. Ancaq araşdırmalar əsasında faktlar sübut edir ki, bəşəriyyət tarixində ən vəhşi və qaniçən toplum ermənilərdir. Çünki bu vəhşi toplum yalnız insanları öldürmür, həm də şəhərləri, kənd və qəsəbələri viran qoymaqla yanaşı, təbiəti böyük dağıntılara məruz qoyurlar. Bu baxımdan haqlı olaraq tərəqqipərvər xalqlar erməniləri insanlıq üçün ən vəhşi toplum hesab edir və bunu öz dillərində kitablara salır, rəsm əsərlərində əks etdirir, yetişməkdə olan gənclərinə çatdırırlar. Fransız səyyahı qraf…

Daha çox

“Çatışmazlıqlar kifayət qədərdir”

“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”. SİA xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belə idi: “Kifayət qədər tövsiyyələr qəbul olunur, amma niyə bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür?! Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması…

Daha çox

Sahibə Qafarova Hulusi Akarla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarla görüşüb. Milli Məclisdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunaraq, qardaş ölkələrimizin bütün məsələlərdə bir yerdə olduğu və bir-birini dəstəklədiyi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının davamlı təmasları strateji müttəfiqliyiin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir. Görüşdə qeyd olunub ki, qardaş ölkələrimiz arasında…

Daha çox

Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012)…

Daha çox