“Prezident İlham Əliyevin beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə Çinlə bağlı səsləndirdiyi fikirlər, əslində, Çin-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə əks etdirirdi. Pekin və Bakı arasında möhkəmlənən siyasi və iqtisadi əlaqələr geniş əməkdaşlıq imkanlarını ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Çin, Azərbaycan üçün yalnız iri ticarət bazarlarından biri deyil, eyni zamanda xarici investisiyaların cəlb olunmasında əsas tərəfdaş ölkələrdən biri kimi çıxış edir: “Çindən olan şirkətlər Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edir, müxtəlif sahələrə, xüsusilə də bərpa olunan enerji və texnologiya…
Daha çoxDay: April 15, 2025
Britaniya Sudana yeni humanitar yardım ayırıb
120 milyon funt sterlinq dəyərində Böyük Britaniya Sudandakı vətəndaş müharibəsinin ikinci ildönümü münasibətilə Londonda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkəyə 120 milyon funt sterlinq dəyərində yeni yardım paketini elan edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi tədbirdə Afrika İttifaqı və Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələrini qəbul edib. O, bildirib ki, bu vəsait 2025–2026-cı maliyyə ili üçün nəzərdə tutulub və münaqişədən zərər çəkmiş 650 mindən çox sudanlının dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu yeni maliyyə yardımı 2023-cü ilin noyabrında…
Daha çoxƏhalinin borc yükü artmaqdadır
2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub. “Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Borclanma məsələsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə…
Daha çoxGürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana rəsmi səfərə gəlib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox“Putinin anladığı yeganə dil güc dilidir”
Avropa Parlamenti Rusiyaya təzyiqi artırmağa çağırır …Qərb çəkindirmənin ancaq sizin güclü və məğlubedilməz olduğunuzu başa düşdüyü zaman təsirli olması qaydasını düzgün qiymətləndirməməklə səhv etdi. Avropa İttifaqı anlamalıdır ki, Putinlə demokratik standartlar əsasında danışıqlar apara bilməz, çünki onun anladığı yeganə dil güc və birlikdir. Bu səbəbdən avropalılar və onların müttəfiqləri təcili olaraq müdafiə sektoruna investisiyaları artırmalı və paritetə nail olmaq üçün Ukraynanı həm hərbi, həm də iqtisadi cəhətdən kifayət qədər resurslarla təmin etməlidirlər. SİA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sloveniyalı üzvü Matey Tonin Guildhall-a açıqlamasında …Putin 2022-ci…
Daha çox“Əslində burada ən doğru çıxış yolu isə taksometrlərin qoyulmasıdır”
“Əslində bu məsələyə baxanda onu deyə bilərəm ki, bizim ölkədə qeyri-rəsmi sövdələşmə deyilən bir nüansda var. Eyni zamanda humanist prinsiplərdə yanaşsaq istər restoran sahələrində, istər taksi sahəsində el dili ilə desək “Çayavoy” deyilən bir termində var. Yəni burada söhbət nədən ibarətdir deyə soruşsanız, buna misal olaraq onu deyə bilərəm ki, məsələn taksi çağırmısınız və qiymətdə 5.10 AZN qeyd olunub. Əgər bu zaman bir başa kartnan ödəniş vuranda olan məbləğ müştərinin kartından çıxılır, amma nağd ödəniş etdikdə bu zaman müştəri 5.10 AZN-lik ödənişin yerinə 6 AZN ödəyir”. Bu sözləri SİA-ya açıqlamasında…
Daha çoxAzərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalları
2024-cü ildə Azərbaycanın bank sektorunun likvidliyinin örtülmə əmsalı (LCR) məcmu və xarici valyutada müvafiq olaraq 150 % və 178 % təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir. Sənədə əsasən, sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudensial alətlərin tətbiqi çərçivəsinə uyğunlaşdırılıb. Bu il yanvarın 1-nə bank sektoru üzrə gözlənilən cəmi nağd mədaxillər 4,8 milyatd manat, gözlənilən cəmi nağd məxariclər 12,5 milyard manat olmaqla cəmi xalis nağd məxariclər 7,7 milyard manat təşkil edib. Bank sektorunun yüksək keyfiyyətli likvid aktivləri 12 milyatd…
Daha çoxArtıq çoxdan başlayan DÜNYA TİCARƏT MÜHARİBƏSİ
Çinlə ticarət müharibəsinin ABŞ-a ağır zərbə vuracağı proqnozlaşdırılır. Bu isə, ən azından onu deməyə əsas verir ki, dünya ticarət müharibəsi artıq etiraf edilir. Əks halda, Amerika və Çinin ticarət müharibəsi ilə bağlı nəinki proqnozlar, hansısa fikirlər belə bildirilməzdi. Məsələ burasındadır ki, ABŞ və Çin olmaqla, bu iki ölkə arasında olan iqtisadi mübarizənin qlobal xarakter aldığı nəzərə alınaraq, dünya ticarət müharibəsi hesab olunur. ABŞ və Çin olmaqla, iki ölkə arasında münasibətlərin hansı dərəcədə mürəkkəb olduğu, dünya ticarət müharibəsinin başladığı göz önündədir Bəllidir ki, ABŞ-ın Çinlə mürəkkəb münasibətləri var. Bu mürəkkəb münasibətlər…
Daha çoxRusiya BƏƏ-yə sorğu göndərib
Keçmiş rusiyalı yol polisi müfəttişinin mənzillərinin ələ keçirilməsi üçün… …Rusiya Baş Prokurorluğu BƏƏ-nin səlahiyyətli orqanlarına Dubayda Moskvanın keçmiş yol polisi müfəttişinə məxsus 5 mənzilə həbs qoyulması barədə sorğu göndərib. SİA xəbər verir ki, TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov məlumat verib. O, BƏƏ-nin Hesabat Qurumunun prezidenti Humaid Obaid Abushib ilə məmurların qanunsuz yolla əldə etdiyi əmlakın dövlətin xeyrinə müsadirə edilməsi təcrübəsini bölüşdüyünü bildirib. Krasnov xüsusilə qeyd edib ki, bu iddialardan biri Dubayda dəyəri üç milyon dirhəmdən çox olan beş mənzilə sahib…
Daha çoxGələcək nəsillərə parlaq nümunə
Aprelin 15-də YAP Mingəçevir şəhər təşkilatında Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, şəhər idarə və təşkilatları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.…
Daha çox