2024-cü ildə Hesablama Palatası 8,3 milyard manat dövlət büdcəsi vəsaitini audit edib ki, burada da say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, auditlər üzrə aşkar edilmiş pozuntuların 45,1 %-i büdcə qanunvericiliyinin, 28 %-i dövlət satınalmalarının, 11,5 %-i əsaslı vəsait qoyuluşunun, 7,5 %-i vergi və görük qanunvericiliyinin, 6,5 %-i dövlət əmlakının istifadəsinin, 1 %-i sosial müdafiə və sosial təminatın, 0,3 %-i bank-kredit, valyuta əməliyyatlarının payına düşüb.
Daha çoxDay: April 15, 2025
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır. Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədaqəti olan ziyalı nəsillər üçün nümunədir. 1923-cü il aprelin 28-də Naxçıvan…
Daha çoxVarşava yaxınlığındakı məktəbdə 24 uşaq huşunu itirib
Varşava ərazisində huşunu itirmiş ibtidai sinif şagirdlərinin sayı iyirmi dörd nəfərə çatıb. SİA-nın məlumatına görə, bundan əvvəl məktəbdə hansısa mərasimin keçirildiyi bildirilir. Hadisənin Varşava yaxınlığında yerləşən Stara Vies kəndində baş verdiyi dəqiqləşdirilir. Mövcud məlumata görə, on ilə on üç yaş arasında olan tələbələr müəyyən bir hadisədən sonra qəflətən huşlarını itirməyə başlayıblar. Əvvəlcə beş qurbanın olduğu bildirildi, lakin sonradan onların sayı təxminən beş dəfə artıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda hadisə yerinə gəlib, hadisənin baş vermə şəraitini aydınlaşdırıblar. Valideynlərə övladlarını tez bir zamanda məktəbdən götürmələri tövsiyə olunur. Müəllim heyəti də…
Daha çoxMediada uşaqların müdafiəsi bu günün prioritetidir
Təsadüfi deyil ki, builki toplantının əsas mövzusu mediada uşaqların müdafiəsinə həsr olunub. Bu məsələ olduqca aktualdır və müxtəlif formatlarda, platformalarda geniş şəkildə müzakirə olunur. Demək olar ki, bütün ölkələrdə prioritet məsələlərdən biri kimi dəyərləndirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, yeni nəsil bizdən fərqli olaraq yeni media, texnologiyalar və süni intellekt alətlərindən istifadə vərdişinə malikdir. Bu isə onların fiziki, əqli və mənəvi…
Daha çoxPalata 399 min manatlıq satınalma müqaviləsi bağlayıb
2024-cü ildə Hesablama Palatası 399,2 min manatlıq satınalma müqaviləsi bağlayıb. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, ötən il qurum “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq 379,5 min manat məbləğində 23 müqavilə imzalayıb. Bundan əlavə, bir istiqamət üzrə kotirovka sorğusu əsasında çərçivə sazişi bağlanıb və həmin saziş çərçivəsində 19,7 min manatlıq sadə müqavilələr həyata keçirilib. Beləliklə, ümumilikdə bağlanmış satınalma müqavilələrinin cəmi məbləği 399,2 min manat təşkil edib. Bu müqavilələrdən 15-i rəqabətli satınalma metodları ilə həyata keçirilib.
Daha çoxAzərbaycan regional təhlükəsizliyin yeganə təminaçısıdır
Bu gün Azərbaycanın qazandığı iqtisadi, sosial, hərbi, siyasi, diplomatik uğurların, qələbələrin başlıca təminatçısı Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılmasıdır. Məhz əldə olunan böyük qələbələrin bəhrəsi olaraq dünya xalqları və dövlətləri Azərbaycanla münasibətlərin daha da dərinləşməsinə xüsusi önəm verirlər. İmzalanan çoxsaylı dövlətlərarası müqavilələr, beynəlxalq müqyaslı sazişlər Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir. Daim dünya ölkələri beynəlxalq konfransaların, tədbirlərin, idman yarışlarının sabitlik adası olan Azərbaycanda keçirilməsində istəkli olurlar. COP29 konfransının ardınca 9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham…
Daha çoxHərbi vəzifəlilərin təlim toplanışı davam edir
Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərdə iştirak edib, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib. Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan…
Daha çoxPalatanın ötənilki büdcəsinin icra səviyyəsi 80,5 % olub
2024-cü ildə Hesablama Palatasının büdcəsinin icrası 80,5 % təşkil edib. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, ötən il qurum üçün dövlət büdcəsində ilkin olaraq 11 milyon 424,6 min manat vəsait təsdiq olunub. Büdcəyə yenidən baxılma zamanı Palatanın xərcləri üzrə iqtisadi təsnifatın bəzi istiqamətləri dəyişdirilərək büdcə göstəricilərinə yenidən baxılıb və təsdiq edilib. İcra prosesi ərzində də əlavə dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklərin ümumi məbləği 52,7 min manat təşkil edib və ştatda olan və ştatdankənar işçilərin əməkhaqqı, istilik enerjisi (yanacaq), internet xidməti haqları,…
Daha çoxAzərbaycan Yeni Zelandiya ilə vergi inzibatçılığı üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Yeni Zelandiya arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsinin komissarı və baş icraçı direktoru Piter Mersi ilə onlayn formatda görüş keçirib. Görüşdə IOTA və təşkilatın gördüyü tədbirlər barədə məlumat verilib, Yeni Zelandiyanın adıçəkilən qurumla əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra vergi orqanlarının qarşısında duran çağırışlar və yeniliklər, birgə fəaliyyətin prioritet istiqamətləri, qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi…
Daha çoxÇində bir neçə AI alimi qəflətən ölüb, sual olunur niyə..?
…Çində süni intellektin öyrənilməsi ilə məşğul olan bir neçə mütəxəssisin qəfil ölümünə diqqət çəkilib. SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb. Nəşrin jurnalistləri alimlərin qəfil xəstəlik və ya bədbəxt hadisələr nəticəsində dünyasını dəyişdiyini qeyd ediblər. Məsələn, Pekindəki Megvii Technology şirkətinin 45 yaşlı əməkdaşı Sun Jian 2022-ci ildə vəfat edib. 38 yaşlı süni intellekt üzrə tədqiqatçı Feng Yanhe 2023-cü ildə ölüb. Həmçinin 2023-cü ildə 55 yaşlı süni intellekt mütəxəssisi, Honq-Konq Çin Universitetinin professoru və İT nəhəngi SenseTime-in qurucusu Tang Xiaowu vəfat edib. …South China Morning Post-a…
Daha çox