Kürdəmir rayonunda “Peşə sərgisi” festivalı təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbir Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Peşə Liseyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festival “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək verilməsi və peşə təhsilinin təbliğ olunması məqsədi daşıyıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin keçirildiyi parkda qurulan stendlərdə kənd təsərrüfatı, elektrik montajı, kompüter proqramlaşdırılması, bərbərlik, aşpazlıq və digər sahələrə aid alət və…
Daha çoxDay: April 15, 2025
Dövlət büdcəsinə verilən rəylər AÇIQLANIB
“Büdcələrin layihələrin icrası üçün 6 rəy, yenidən baxılma üzrə layihələrlərə isə 3 rəy hazırlanıb təqdim olunmuşdur”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, büdcə layihəsi və icrası barədə məlumatların, onlarla birgə təqdim edilən sənədlərin qanunvericiliyə, ölkənin strateji sənədlərinə uyğunluğu, bütün parametrləri düzgünlüyü ilə tanınması barədə Hesablama Palatasının qiymətləndirici mövqeyi kimi əminliklə ifadə edilmişdir: “Aparılan təhlilər dövlət büdcəsi layihəsi və icrası…
Daha çoxCeyhun Bayramov yeni Çin səfirinin etimadnaməsinin surətini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildrilib ki, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib. Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli…
Daha çoxAzərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb
2024-cü ildə Azərbaycanın bank sektoru üzrə kredit portfelinin dollarlaşması 2023-cü illə müqayisədə 2,7 faiz bəndi azalaraq 16,1 % (tarixi minimum) olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, il ərzində depozit portfelinin dollarlaşması isə 0,9 faiz bəndi azalaraq 37,5 % olub. O cümlədən, Hüquqi Şəxslərin (HŞ) müddətli depozitləri üzrə dollarlaşma 6,7 faiz bəndi azalaraq 52,5 % təşkil edib. Xarici valyutada HŞ-lərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 1 faiz bəndi azalaraq 35,3 % olub. 2023-cü ilin sonu ilə müqayisədə fiziki…
Daha çoxKomitə iclasında müzakirəyə çıxarılan bir sıra məsələ plenar iclasa tövsiyə olunub
Aprelin 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə 3 məsələnin daxil edildiyini bildirib. Birinci məsələ Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı olub. İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, hesabat qanunvericiliyin bütün tələblərini özündə ehtiva edir. Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatı slaydlarla təqdim edən sədr Vüqar Gülməmmədov bildirib ki, burada Hesablama Palatasının həm audit, həm də qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, Palatanın il ərzində fəaliyyəti barədə icmal-statistik məlumatları…
Daha çoxKallasın sözləri Ermənistanda mübahisəyə səbəb olub
…mayın 9-da Moskvada keçirilən paradla bağlı Ermənistan Milli Assambleyasının (parlament) spikeri Alen Simonyan mayın 9-da keçirilən Qələbə paradı ilə bağlı Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla razılaşmayıb. SİA-nın məlumatına görə, Kallasın mayın 9-da Moskvada keçirilən paradla bağlı sözləri Ermənistanda mübahisəyə səbəb olub. Simonyanın sözlərinə görə, Ermənistan üçün bu tarixi bayramın dərk edilməsi məsələsidir. …Baş nazirin iştirakı heç bir şəkildə Avropa İttifaqı və ya digər məsələlərlə bağlı ola bilməz, – deyə erməni rəsmi bildirib. Simonyan qeyd edib ki, Ermənistan üçün bu həm də qələbə bayramıdır, çünki 300 min erməni…
Daha çoxHamiləlik zamanı saç boyama və makiyaj haqqında nə bilmək lazımdır?
Hamiləlik qadının həyatında ən xüsusi dövrlərdən biridir. Bu dövrdə ana normal həyatına davam edərkən körpənin sağlamlığı ilə bağlı narahatlıqlar müxtəlif suallar doğura bilər. Xüsusilə kosmetik məhsullar, saç boyası və makiyajla bağlı tez-tez rast gəlinən narahatlıqlar gələcək anaların zehnində sual işarələri yarada bilər. Bəs, hamiləlik zamanı saç boyamaq və makiyajdan istifadə etmək təhlükəsizdirmi? SİA mövzu ilə bağlı araşdırma aparıb. Hamiləlik zamanı saçların rənglənməsi: risklər və tövsiyələr Hamilə qadınların ən çox verdiyi suallardan biri də “Hamiləlik zamanı saçlarımı rəngləyə bilərəmmi?” sualıdır. Saç boyalarının tərkibində olan kimyəvi və bəzi kanserogen maddələr anaların zehnində…
Daha çoxMaliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb
Azərbaycanda yüksək kreditləşmə dinamikası fonunda maliyyə sektorunda risk üzrə ölçülmüş aktivlər artıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilib. Sənədə əsasən, cəmi aktivlərin 7,8 % (3,8 milyard manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10,3 % (3,3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67 %-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93,3 %-i kredit riskləri üzrə, 5,9 %-i…
Daha çoxAkademik Zərifə Əliyevanın anım günü Qaradağ rayonunda qeyd edilib
Azərbaycan elm tarixinə görkəmli alim, oftalmologiya sahəsində tanınmış mütəxəssis, ictimai-siyasi xadim və fədakar insan kimi düşmüş akadmeik Zərifə xanım Əliyevanın anım günü aprelin 15-də Qaradağ rayonu, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının Lökbatan qəsəbəsində yerləşən poliklinikasında qeyd edilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, poliklinikanın baş həkimi Hüseyn İsrafilzadə və həmin tibb müəssisənin həkim heyəti iştirak ediblər. Əvvəlcə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan baş həkim Hüseyn İsrafilzadə bildirib ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40…
Daha çoxDövlət Komitəsində vətəndaş qəbulu keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 15-də vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Bu barədə SİA-ya komitədən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Qəbul zamanı məcburi köçkün olan vətəndaşların bütün müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Daha çox