Azərbaycan qızıl istehsalını 75 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kq qızıl, 1 135,9 kq gümüş istehsal edilib. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2024-cü ilin ilk rübü ilə müqayisədə 75,3 %, gümüş istehsalı isə 35,3 % artıb. Ötən 3 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 531,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 9,8 dəfə çoxdur. Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.

Daha çox

Poroşenko Ukrayna hakimiyyətini tənqid edib

…Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi ölkədə hakimiyyəti qəsb edir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib. O, Ukrayna hakimiyyətinin hərbi vəziyyət və səfərbərlik müddətini daha 90 gün uzatması xəbərini belə şərh edib. Poroşenko qeyd edib ki, bu qərar mövcud hərbi vəziyyətin bitməsinə bir ay qalmış verilir. Onun sözlərinə görə, hakimiyyət hərbi vəziyyətdən sui-istifadə edərək, ondan avtoritar rejim qurmaq üçün istifadə etməyə başlayıb. O əlavə edib ki, Prezident Aparatının parlamentarilər üzərində “məhdud səlahiyyəti” bütün ölkə üçün alçaldıcıdır. Bundan əvvəl Zelenski Ali Radaya hərbi…

Daha çox

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti növbəti xəbərdarlıq yayıb. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək. Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

Daha çox

Hesablama Palatası ötən il dövlət qurumlarına 50 məlumat təqdim edib

Hesablama Palatası 2023-cü ildə həyata keçirdiyi audit və analitik fəaliyyətlər çərçivəsində müəyyən etdiyi uyğunsuzluqlarla bağlı Nazirlər Kabineti daxil olmaqla, mərkəzi icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına ümumilikdə 50 məlumat təqdim edib. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, məlumatlar əsasən audit zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması, qarşısının alınması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi məqsədini daşıyıb. Hesabatda qeyd olunur ki, təqdim edilən 50 məlumat 26 KDMN tədbirinin nəticələrinə əsaslanıb və 16 dövlət qurumuna göndərilib. Palatanın təqdim etdiyi məlumatlar əsasında…

Daha çox

“Fransa məqsədli şəkildə müharibə görüntüsü yaratmağa çalışır”

“Antalya Diplomatiya Forumunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi müsbət haldır. Bu, tərəflərin sülhə yaxınlaşması baxımından əhəmiyyətlidir. Amma bu prosesdə Ermənistan sona qədər iradə sərgiləməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Azərbaycan tərəfi Diplomatik Forumda bir daha normallaşma prosesilə bağlı mövqeyini bəyan etdi – Ermənistan Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir: “Yalnız bundan sonra sülh sazişinin imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq. Ararat Mirzoyan isə bildirdi ki, ölkəsinin hazırkı məqsədi sülh sazişinin imzalanacağı yeri…

Daha çox

Fermer kartına subsidiya adı ilə köçürülmüş vəsait büdcəyə qaytarılmayıb

Hesablama Palatasının 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair keçirdiyi audit zamanı bir sıra maliyyə pozuntuları aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Audit nəticəsində məlum olub ki, kənd təsərrüfatı məhsulları istehsalçısı olmadığı və xərcləri dövlət büdcəsi vəsaiti – o cümlədən büdcədənkənar əməliyyatlar hesabına maliyyələşdirildiyi halda, Aqrar Xidmətlər Agentliyinin tabeliyində büdcə təşkilatı kimi fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üzrə fermer (bank) kartına subsidiya adı altında 0,1 milyon manat vəsait…

Daha çox

“Antalya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır”

“Antalya Diplomatiya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır. Dünyanın müxtəlif sınaqlardan keçdiyi indiki dövrdə qlobal diplomatiyada da yeni yanaşmalara və qətiyyətli addımlara addımlara ehtiyac duyulur. Planetin hər yerində baş verən qlobal hadisələr problemlərin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini önə çəkir. Bu günlərdə Türkiyədə keçirilən və üç gün davam edən IV Antalya Diplomatiya Forumunun (ADF 2025) əsas hədəfi də məhz dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib. Onun sözlərinə görə, toplantı geniş coğrafiyanı əhatə edən təmsilçiliklə…

Daha çox

Məişət zorakılığından zərər çəkmiş 230 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Bu ilin birinci rübündə məişət zorakılığından zərər çəkmiş 230 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.

Daha çox